...

Azərbaycanda düzgün bazar var və biz əsl Azərbaycan şirkəti yaratmaq istəyirik: "FORS-İşləmələr Mərkəzi" şirkətinin prezidenti ilə müsahibə

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 May 2008 11:14 (UTC +04:00)
Azərbaycanda düzgün bazar var və biz əsl Azərbaycan şirkəti yaratmaq istəyirik: "FORS-İşləmələr Mərkəzi" şirkətinin prezidenti ilə müsahibə

Azərbaycan, Bakı, 15 may/ Trend müxbir S.Babayeva/ "FORS-Tədqiqatlar Mərkəzi" şirkəti 1999-cu ildə, FORS holdinqinin tərkibində müstəqil bir şirkət kimi yaradılıb. "FORS-Tədqiqatlar Mərkəzi" şirkəti informasiya sistemlərini hazırlayan iri şirkətlərdən biri, Mərkəzi və Şərqi Avropa ölkələrində Oracle Korporasiyasının aparıcı tərəfdaşıdır.

Trend -ın şirkətin prezidenti Aleksey Qolosovla müsahibəsi:

- Azərbaycanın informasiya texnologiyaları bazarını necə qiymətləndirirsiniz?

- Mənim həm Azərbaycanın İT bazarı, həm də ümumilikdə bütün respublika ilə bağlı müsbət təəssüratlarım var. Burada İT sahəsinə marağın layihələrin reallaşdırılmasına ciddi yanaşma, istənilən və həqiqətən də zəruri olanla balansa peşəkar yanaşma ilə dəstəklənməsini bəyənirəm. Bu istənilən sahədə, o cümlədən də İT sahəsində real inkişaf perspektivi üçün əsasdır. Azərbaycanın bizim törəmə şirkət yaratdığımız birinci ölkə olması diqqətəlayiqdir. Düşünürəm ki, bu düzgün seçimdir və özünü doğruldur.

- Sizin şirkətiniz Azərbaycanda özü üçün hansı prioritetləri müəyyən edib?

- Bu gün FORS Azərbaycanda ilk növbədə özünün Rusiya və MDB ölkələri müəssisələrinin İT-mütəxəssislərinin təhsil və sertifikat aldıqları Tədris Mərkəzi ilə tanınır. FORS Bakıda törəmə strukturu açanadək yerli tərəfdaşları vastisəsilə azərbaycanlı sifarişçilərlə əməkdaşlıq edib və bu əməkdaşlıq davam edir. Biz tərəfdaş şəbəkəmizin inkişafında maksimal dərəcədə maraqlıyıq və buna görə, yerli tərəfdaşlarımıza, onların layihələrində yardım kimi öz bilik və təcrübəmizi veririk. Bazarda əsas prinsip kimi ekoloji prinsip - "zərər vurma!" çıxış edəcək. Qlobal düşünüb lokal hərəkət etmək düzgün yanaşmadır.

Əlbəttə ki, Bakı filialının yaradılmasınadək region bazarının müxtəlif sektorlarında öz imkanlarımızın ilkin qiymətləndirilməsini aparmışıq. Birinci növbədə bu, FORS üçün ənənəvi olan dövlət sektorunun idarə və təşkilatlarıdır. Belə ki, biz Rusiyada dövlət sektorunda çox sayda layihə reallaşdıran sistem inteqratoru kimi tanınırıq. Təbii ki, müəyyən modifikasiyaya ehtiyac var: Rusiya sifarşçisi üçün hazırlanmış PT-ni bayağı şəkildə, dəyişikliklər edilmədən Azərbaycan layihəsində tətbiq etmək mümkün deyil. Bu, Amerika və ya İsveç sifarişçisi üçün yaradılmış PT-ə münasibətdə də belədir. Bizdə belə növ PT modifikasiyaları üçün xüsusi metodologiya hazırlanıb. Lakin, dövlət strukturunun spesifikliyi bir çox hallarda PT-nin konkret idarənin biznes-proseslərinin unikal spesifikliyini əks etdirən "sıfırdan hazırlanmasını nəzərdə tutur və "FORS-İşləmələr Mərkəzi" bu sahədə ənənəvi olaraq güclüdür. Digər prioritet istiqamət bank sektorudur. Biz bu sektor üçün həm bankın əməliyyat fəaliyyətinin, həm də daxili təsərrüfatı fəaliyyətinin (müsahibat, loqistika, anbar və s.) avtomatlaşdırılması üzrə həllərə malikik. Sığorta sektorunda Avropada geniş yayılmış İNSİS sistemini təklif edir və artıq Azərbaycanın sığorta şirkətlərindən birində uğurla tətbiq edirik.

- Azərbaycanda İT bazarının inkişafı yolunda hansı problemlərlə qarşılaşmaq olar?

- Düşünürəm ki, Azərbaycanın aşkar şəkildə qarşılaşacağı problem peşəkar kadrlar problemidir. Böyük və ciddi bir layihəni düşünüb, hazırlamaq olar. Lakin bir gün ərzində kadr yetişdirmək olmaz. Bazar hazırki templərlə inkişafa davam edərsə, "kadr aclığı" tezliklə yaranacaq. Bəlkə də o artıq var, mənə tam əminliklə bu söyləmək çətindir. Lakin, istənilən sıçrayışın kadr problemi ilə müşayiət olunacağına heç bir şübhə yoxdur. Mənə elə gəlir ki, bu ən əsas cəhətdir.

Kadrların hazırlanmasını təşkil etmək üçün Rusiya və Qərb universitetləri ilə birgə layihələr lazımdır. Lakin, başlıcası yaxşı müəllimlər tapmaqdır. İnformasiya texnologiyaları sahəsində liderlər hazırlamaq, istedadlı insanları axtarmaq lazımdır. Şübhəsiz , belələri var və onları inkişaf etdirmək lazımdır.

- Azərbaycan hökuməti ilə, xüsusilə də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə əməkdaşlığa dair artıq hansısa planlar var?

- Hələ ki, biz hökumətlə əməkdaşlığa dair konkret təkliflər hazırlamamışıq. Bunun üçün müəyyən zaman və dəqiq hazırlanmış fikir lazımdır. Nümunə kimi, mütəxəssislərin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi nəzdində işçi qurplarında iştirak imkanlarını və formasını müzakirə etmək olar.

- "FORS-İşləmələr Mərkəzi"nin Azərbaycandakı nümayəndəliyi artıq bir ildir ki, fəaliyyət göstərir. Siz Bakıda açılan törəmə şirkətinin fəaliyyətindən razısınız?

- Maliyyə baxımından bir ilə istədiyimizi ala bilmədik. Lakin, biz anlayırıq ki, burada perspektivlərimiz var. Mən Azərbaycanda düzgün bazarın olduğunu görürəm və bu bazarın inkişafında iştirak etmək olar. Belə deyim - biz bir çox Rusiya şirkətləri kimi təcavüzkar deyilik. Bəli, bizim ambisiyalarımız var. Lakin bu ambisiyalar bizim üçün yeni olan bazarda böyük, maraqlı layihələri reallaşdırmaqda öz əksini tapıb. Peşəkar xidmətlərə zərurətin yarandığı vaxt gələcək. Burada bizə ehtiyac varsa, yardım etməyə, ehtiyat yatırmağa, məsləhət xidmətləri göstərməyə hazırıq. Çox şey, o cümlədən də insanların tələb səviyyəsini bazar özü müəyyən edəcək. Bizdə yalnız yaxşı təqdimat hazırlamaq deyil, həm də işin incəliklərini bilərək layihələr reallaşdırmağa qadir insanlar var. Lakin, buna tələbat olmalıdır. Azərbaycan bazarı inkişaf edir və beləliklə, burada öz işini yaxşı görənlərə tələbat olmalıdır. Məsələ işləmək üçün Rusiyadan buraya bir qrup insan göndərməkdən ibarət deyil. Biz topladığımız biliklər və təcrübə ilə yardım etməyə hazırıq. Lakin, yenə də bir çox yerli kadrlardan asılıdır. Biz əsl Azərbaycan şirkəti yaratmaq istəyirik.

- Sizin MDB məkanında iştirakınızı genişləndirməyə marağınız varmı?

- Ukrayna və Gürcüstan bazarı maraq kəsb edir. Bir neçə ildən sonra bu ölkələrdə strukturlarımızın açılacağı istisna deyil. Lakin, hazırda bizi daha çox Avropa bazarı maraqlandırır və hələ ki, MDB ölkələrində yeni ofislərin açılmasına dair konkret qərarımız yoxdur.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti