Azərbaycan, Bakı, 17 noyabr/ Trend , müxbir İ.Xəlilova/ Ötən həftənin yekunlarına görə, manatın ABŞ dollarına nisbətən Azərbaycan Milli Bankı tərəfindən təyin edilən rəsmi məzənnəsi 0,0017 bənd (0,17 faiz) ucuzlaşıb. Ötən həftə orta məzənnə 1 ABŞ dollarına görə 0,80906 manat səviyyəsində müəyyən edilib.
Dolların manata nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına görə 0,8104 manat səviyyəsində noyabrın 13-də, minimal məzənnə noyabrın10 - da (1 ABŞ dollarına görə 0,8076 manat) təyin edilib.
Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi |
|||
3 noyabr |
0,8087 |
10 noyabr |
0,8076 |
4 noyabr |
0,8097 |
11 noyabr |
0,8085 |
5 noyabr |
0,8078 |
12 noyabr |
0,8095 |
6 noyabr |
0,8077 |
13 noyabr |
0,8104 |
7 noyabr |
0,8086 |
14 noyabr |
0,8093 |
Həftə ərzində orta |
0,8085 |
Средний за неделю |
0,80906 |
Həftənin yekunlarına əsasən, manatın ABŞ dollarına nisbətdə Bakı Banklararası Valyuta Birjasında ticarətin yekunları nəticəsində müəyyən edilən məzənnəsi 0,0014 bənd (0,14 faiz) ucuzlaşıb. Orta məzənnə 1 ABŞ dollarına görə 0,8088 manat səviyyəsində müəyyən edilib.
Nəzərdən keçirilən dövr ərzində dolların manata nisbətdə maksimum məzənnəsi 1 ABŞ dollarına görə 0,81 manat səviyyəsində noyabrın 13-də, minimum məzənnəsi isə noyabrın 10-11-də (1 ABŞ dollarına görə 0,8077 manat) müəyyən edilib.
Həftə ərzində BEST-də eyni gцndə valyutalaşdırılmaqla (T+0) əqdlər bağlanıb: noyabrın 10-da 0,8077 AZN/USD məzənnə ilə $0,24 mln., noyabrın 11-də - əqdlər qeydə alınmayıb və məzənnə əvvəlki günün səviyyəsində qalıb - 0, 8077 AZN/USD, noyabrın 12-də - 0,8095 AZN/USD məzənnə ilə $1,52 mln., noyabrın 13-də - 0,81 AZN/USD məzənnə ilə $14,86 mln., noyabrın 14 - də - 0,8091 AZN/USD məzənnə ilə $0,95 mln.
Manatın ABŞ dollarına nisbətdə rəsmi məzənnəsi |
|||
3 noyabr |
0,8092 |
10 noyabr |
0,8077 |
4 noyabr |
0,8092 |
11 noyabr |
0,8077 |
5 noyabr |
0,8077 |
12 noyabr |
0,8095 |
6 noyabr |
0,8077 |
13 noyabr |
0,8100 |
7 noyabr |
0,8077 |
14 noyabr |
0,8091 |
Həftə ərzində orta |
0,8083 |
Həftə ərzində orta |
0,8088 |
Dilerlər tərəfindən tələbat olmadığı üçün, USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə əqdlər bağlanılmayıb. Banklar tərəfindən BEST-ə RUB/AZN və EUR/AZN alətləri üzrə sifarişlər çıxarılmayıb.
Ötən həftə özəlləşdirmə çeklərinin qiyməti dəyişməz qalıb və 17 manat təşkil edib.
Özəlləşdirmə çeklərinin müddəti 2010 - cu il yanvarın 1- də başa çatır.