...

Aktauda Azərbaycan - Qazaxıstan biznes - forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Dekabr 2008 18:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr/ Trend , müxbir Ü.İsmayılova/ "Azərbaycanın Milli Sahibkarlar Konfederasiyası (AMSK) 2009 - cu ildə Aktauda Azərbaycan - Qazaxıstan biznes- forumunu təşkil etmək niyyətindədir", - AMSK-nin prezidenti Ələkbər Məmmədov cümə günü Qazaxıstanın Azərbaycandakı səfiri Serik Primbetovun azərbaycanlı sahibkarlarla görüşündə bildirib.

"Azərbaycanın iş adamları indi də Qazaxıstanda, xüsusilə də Aktau şəhərində uğurla çalışırlar", - Məmmədov deyib.

Onun sözlərinə görə, Aktaudakı hər beşinci evi azərbaycanlı sahibkar tikir. Azərbaycanın iş adamları digər sahələrdə də, xüsusilə də tikinti materiallarının satışı sahəsində çalışırlar.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, yanvar-sentyabrın yekunlarına görə, Azərbaycan və Qazaxıstan arasında mal dövriyyəsi 440 mln. Dollardan çox olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti