Azərbaycan, Bakı, 29 dekabr/ Trend müxbir Ü.İsmayılova/ Azərbaycanın sığorta şirkəti Xalq Sigorta QSC mülkiyyət formasını Açıq tipli Səhmdar Cəmiyyətə dəyişib. Bu barədə bazar ertəsi şirkətdən məlumat verilib.
QSC formasının ASC-yə dəyişdirilməsi 2008 -ci il martın 15- də qüvvəyə minmiş "Sığorta fəaliyyəti haqqında" Qanunun tələblərinə əsasən aparılır.
Xalq Sigorta-nın təsisçisi bir neçə hüquqi şəxsdir. Şirkət 2005 - ci ildə yaradılıb, Sumqayıt və Gəncədə fililalları var.
Xalq Sigorta-nın Nizamnamə kapitalı 14,8 mln. manatdır. Yanvar - sentyabrda şirkətin sığorta haqları 15,73 mln. manat, sığorta ödəmələri 4,5 mln. manat təşkil edib.
Dekabrın 29-na olan rəsmi məzənnə 0,8005 AZN/USD təşkil edir.
Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]