...

Ukraynanın Milli Bankı kommersiya banklarına gün ərzində valyutadəyişmə məzənnəsinin dəyişdirilməsini qadağan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Yanvar 2009 19:32 (UTC +04:00)

Ukrayna, Kiyev, 13 yanvar / Trend , müxbir Z. Novosvitski/ Bu gündən Ukraynanın Milli Bankı kommersiya banklarına gün ərzində nəğd valyutanın məzənnəsinin dəyişdirilməsini qadağan edib. Bu, Milli Bankın 12 yanvar tarixli  28-212/124-388 - saylı məktubunda əksini tapıb.

Sənəddə deyilir ki, xarici valyutanın qrivna ilə alqı - satqı kursları bankların kassalarında, ayrı - ayrı şöbələrində və valyutadəyişmə məntəqələrində, bu bankların Idarə Heyəti sədrlərinin əmrinə əsasən, hər gün iş gününün əvvəlində müəyənləşdirilməlidir. Bununla bərabər, bankların ayrı - ayrı şöbələrinin rəhbərlərinə xarici valyutaların alqı-satqı kurslarını özbaşına müəyyənləşdirmək də qadağan olunub.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti