...

DB Azərbaycana dair ilkin iqtisadi memorandum layihəsinin hazırlıq prosesini yekunlaşdırmaq üzrədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Mart 2009 14:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart / Trend , müxbir N.İsmaylova /

Dünya Bankı (DB) Azərbaycan hökuməti ilə birgə ölkə üzrə müxtəlif istiqamətlərdə iqtisadi vəziyyətin qiymətləndirilməsini əhatə edəcək iqtisadi memorandum layihəsinin ilkin variantının hazırlıq prosesini başa çatdırmaq üzrədir. Bu barədə çərşənbə axşamı bankın Bakıdakı nümayəndəliyindən bildiriblər.

"Memorandumun ilkin variantının hazırlanması yekunlaşmaq üzrədir və bu proses bu ay başa çatdırılacaq", - deyə DB-nın Bakı ofisindən qeyd ediblər.

Sənədin hazırlanması üzrə tamamlama işlərinin yekunlaşdırılması üçün Azərbaycan üzrə aparıcı iqtisadçı Kristos Kostopolus olmaqla DB-nın nümayəndə heyəti martın 3-dən 14-dək Bakıda səfərdədir.

Bankın analitik sənədində müəyyən istiqamətlərin yaxşılaşdırılması və ya təkmilləşdirilməsi üzrə tövsiyələr veriləcək. Bu sənəddə ölkənin ümumi iqtisadi artım tendensiyası, ümumi iqtisadi siyasəti, göstəricilər öz əksini tapacaq və onların əsasında təhlil aparılacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı - [email protected]

Xəbər lenti

Xəbər lenti