...

Bakıda avtomobil bazarında ucuzlaşma müşahidə edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Mart 2009 19:34 (UTC +04:00)

Azərbaycan, Bakı, 17 mart / Trend , müxbir Ü.İsmaylova /  

"Mülkiyyət Bazarının İştirakçıları" İctimai Birliyindən verilən məlumata əsasən, fevral ayında Bakı avtomobil bazarında təkliflər 1,1% artsa da tələb 4,6% azalıb.  

Avtomobillərin alqı-satqısı müqavilələrinin dinamikasında ötən il 6,7% azalma müşahidə olunub. 

Avtomobillərin orta qiyməti 7,2% azalaraq bir avtomobil üçün 16,24 min dollar təşkil edib. İlkin avtomobil bazarında qiymətlər 5,7% azalıb.

Maşınların ekspozisiya müddəti bazarda 6 gün artaraq 85 gün təşkil edib. Buna müvafiq olaraq risk ehtimalı artıb və likvidlik səviyyəsi azalıb.   

Ötən ay bazara 6,58 min avtomobil təklif olunub ki, onlardan yalnız 31%-i fevralda təklif edilib və 69%-i avtomobil bazarında ötən aylardan qalıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti