...

Türkmənistan paytaxtında beynəlxalq aeroportun layihəsini həyata keçirmək üçün podratçı seçilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2009 14:55 (UTC +04:00)

Türkmənistan, Aşqabad, 10 iyul / Trend , müxbir Q.Həsənov /

EWC və Hoshtief alman şirkətləri Türkmən hava yolları milli aviaşirkətinin xüsusi sifarişi ilə Aşqabadda beynəlxalq aerovağzal kompleksinin tikintisi layihəsini hazırlayıb.

Rəsmi türkmən mənbəsinin verdiyi məlumata görə, bir sıra Avropa şirkətlərinin, xüsusilə Fransa tikinti şirkəti Bouyguesının iddia etdiyi bu böyük layihə Türkmənistan Prezidenti Qurbanqulı Berdımuhamedovla görüşdə təqdim olunub.

"Hoshtief AG" şirkətinin başçısı Qerbert Lyutkeştratketter və "East West Connect"in (EWC) direktoru Rudi Lamprext Aşqabadda işgüzar səfərdədirlər. Onlar Türkmənistanla uzunmüddətli biznes əlaqələrinin yaradılmasında maraqlı olduqlarını vuğulayıblar.

Əməkdaşlıq şirkətlərin Xəzər sahilində "Avaz" milli turizm zonasının yaradılması layihəsində birgə işirakı da əhatə edə bilər.

Lamprext yaxın zamanlara kimi məşhur Siemens AG alman şirkətinə rəhbərlik edib. Bu şirkətlə əməkdaşlıq çərçivəsində Türkmənistanda onlarla birgə layihə həyata keçirilib.

Məqalə müəəlifi ilə əlaqə : [email protected]

Xəbər lenti

Xəbər lenti