Azərbaycan, Bakı, 23 oktyabr / Trend /
26 oktyabr tarixindən etibarən Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş 3 milyon manat həcmində istiqrazlarının yerləşdirilməsinə başlanılacaq.
Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə keçiriləcək. İstiqrazlar cari qiymətlə (101,1000) satışa çıxarılacaq.
İstiqrazların ödənilmə tarixi 10 may 2016-cı ildir. Təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər proporsional qaydada təmin ediləcək. İstiqrazların ilkin yerləşdirilməsində iştirak edən təşkilat Azərbaycan Mərkəzi Bankıdır.
AİF-in istiqrazların ilkin yerləşdirilməsinə 16 iyun 2009-cu il tarixində başlanılıb və bu günədək 38 miyon manat həcmində istiqraz hərraca çıxarılıb və tam həcmdə yerləşdirilib.
Emissiyaların ümumi həcmi 55 milyon manat təşkil edir.
Oktyabrın 23-nə olan cari məzənnə 0,8031 AZN/USD təşkil edir.