...

Azərbaycanda pirotexnika və yeni il hədiyyələrinin monitorinqi başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2009 18:36 (UTC +04:00)
İstifadə müddəti ötmüş ərzaq məhsullarının insan orqanizmi üçün təhlükəli olmasını, kiçik yaşlı uşaqların yeni il hədiyyələrindən daha çox istifadə etdiklərini nəzərə alaraq, İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti bayram hədiyyələri ilə bağlı monitorinqlərə başlayıb.
Azərbaycanda pirotexnika və yeni il hədiyyələrinin monitorinqi başlayır

Azərbaycan, Bakı, 21 dekabr / Trend , müxbir N.İsmayılova/

Yeni il bayramı ilə əlaqədar ticarət obyektlərində içərisində müxtəlif ərzaq məhsulları olan bayram hədiyyələrinin satışı artır. İstifadə müddəti ötmüş ərzaq məhsullarının insan orqanizmi üçün təhlükəli olmasını, kiçik yaşlı uşaqların yeni il hədiyyələrindən daha çox istifadə etdiklərini nəzərə alaraq, İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti bayram hədiyyələri ilə bağlı monitorinqlərə başlayıb. Bu barədə nazirlikdən bazar ertəsi yayılan məlumatda deyilir.

Əvvəlki illərin təcrübəsi göstərir ki, bayram günlərində pirotexniki məmulatların satışı hallarına da rast gəlinir. Bu cür məmulatların qanundankənar dövriyyəsinin insanların həyat və sağlamlığı üçün təhlükə mənbəyi olması səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti istehlak bazarında pirotexniki məmulatların satışının qarşısının alınması məqsədilə yoxlamalar aparacaq.

İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti bayram hədiyyələri alarkən diqqətli olmağı, eləcə də pirotexniki məmulatların və istifadə müddəti ötmüş ərzaq məhsullarının satışı halları ilə rastlaşdıqda Dövlət Xidmətinə (əlaqə telefonları: 498-15-01, 498-15-04) məlumat verməyi tövsiyə edir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti