...

ABŞ bankı 2010-2011-ci illərdə dünya iqtisadiyyatının yüksək artımını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Yanvar 2010 15:33 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 yanvar / Trend , müxbir A.Bədəlova/

ABŞ-ın Goldman Sachs bankının analitikləri 2010-2011-ci illərdə dünya iqtisadiyyatının müvafiq olaraq 4,4 və 4,5% səviyyəsində artımını proqnozlaşdırırlar.

Bankın dünya iqtisadiyyatı üzrə məruzəsinə əsasən, regionlar arasında daha çox Braziliya, Rusiya, Çin və Hindistanda (BRÇH) 2010-cu ildə 9,2%, 2011-ci ildə isə 8,6% səviyyəsində güclü iqtisadi artım müşahidə ediləcək. İnkişaf etməkdə olan ölkələrdə də 2010-cu ildə 7,7%, 2011-ci ildə isə 7,3% səviyyəsində yüksək artım müşahidə ediləcək.

Goldman Sachs-ın proqnozlarına görə, Mərkəzi və Şərqi Avropa ölkələrində ÜDM-in artımı 2010-cu ildə 2,3%, 2011-ci ildə isə 3,9% təşkil edəcək.

Asiya iqtisadiyyatı (Yaponiya istisna olmaqla) bankın proqnozlarına görə, 2010-cu ildə 9%, 2011-ci ildə isə 8,4% səviyyəsində artım nümayiş etdirəcək.

Proqnozlara görə, Türkiyənin ÜDM-i 2010-cu ildə 5,5%, 2011-ci ildə isə 4,5% artacaq. Rusiyanın ÜDM-i isə 2010 və 2011-ci illərdə müvafiq olaraq 4,5 və 5,5% təşkil edəcək.

Avropa ölkələrindən ÜDM-in 2,5%-lik ən yüksək artımı Almaniyada müşahidə ediləcək. İspaniyada isə ÜDM-in 2010-cu ildə 0,3% azalacağı gözlənilir.

Avropa ölkələri arasında ÜDM-in 3,5%-lik ən yüksək artımı 2011-ci ildə İsveçdə müşahidə ediləcək.

Goldman Sachs-ın dünya iqtisadiyyatı üzrə proqnozları digər bank və təşkilatların proqnozları ilə müqayisədə daha nikbindir.

Dünya Bankı 2010-cu ildə dünya iqtisadiyyatının 2,6% səviyyəsində, Beynəlxalq Valyuta Fondu 3,1% səviyyəsində, Amerikanın Morgan Stanley bankı isə 4% səviyyəsində artımını proqnozlaşdırır.

Goldman Sachs-ın 2010 və 2011-ci illərdə region və ölkələr üzrə ÜDM-in artım proqnozları

2010

2011

Dünya

4,4

4,5

Avrozona

1,5

1,9

Aİ-nin 27 ölkəsi

1,7

2,3

Almaniya

2,5

2,1

Fransa

1,8

2,4

İtaliya

1,3

1,6

Niderland

1,4

1,8

İspaniya

-0,3

1,1

İsveç

2,1

3,5

İsveçrə

1,1

1,9

Böyük Britaniya

1,9

3,4

Mərkəzi və Şərqi Avropa

2,3

3,9

BRÇH

9,2

8,6

İnkişaf etməkdə olan ölkələr

7,7

7,3

Türkiyə

5,5

4,5

Rusiya

4,5

5,5

Xəbər lenti

Xəbər lenti