...

Azərbaycan-İngiltərə sığorta şirkəti kapitalın iki dəfədən çox artırılmasına hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Yanvar 2010 16:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 yanvar / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycan-İngiltərə sığorta şirkəti olan "Temza Sigorta Qrupu" nun səhmdarları şirkətin nizamnamə kapitalının artırılması məsələsini gözdən keçirməyə başlayıblar, şirkətin idarə heyətinin sədri Samir Mustafayev çərşənbə axşamı deyib.

"Şirkətin nizamnamə kapitalı maliyyə nazirliyinin minimal tələbinə müvafiq olaraq və 2010-cu ilin yanvarın 1-nin vəziyyətinə görə, 2 milyon manatadək artırılacaq. Hazırda şirkətin nizamnamə kapitalı 0,9 milyon manatdır", - Mustafayev deyib.

Onun sözlərinə görə, şirkətin kapitalının 1 ay müddətində səhmdarların vəsaitləri və xüsusilə də 2009-cu ilin yekunları üzrə əldə edilən gəlirin hesabına artırmaq planlaşdırılır.

"Temza Sigorta Qrupu"nun gəliri 2009-cu ildə az olub, ona görə də səhmdarlar şirkətin kapitallaşması üçün əlavə yatırım həyata keçirmək niyyətindədir", -bu bardə Mustafayev deyib.

"Temza Sigorta Qrupu" 2009-cu ildə yeganə şirkət olub ki, nizamnamə kapitalını minimal səviyyəyə - 1 milyon manata çatdırmayıb.

"Temza Sigorta Qrupu" Azərbaycanın sığorta bazarında 1996-cı ildən fəaliyyət göstərir. Britaniya şirkəti olan "Glencarron Group Limited" şirkətin nizamnamə kapitalında 49% iştirak payına malikdir. Azərbaycanın iştirak payı yerli fiziki şəxsə və hüquqi şəxsə (Gala Investment) məxsusdur.

2009-cu ildə şirkəıtin sığorta yığmaları 0,75 milyon manatlıq ödəmələrlə 0,925 milyon manat təşkil edir.

Yanvarın 12-nə olan rəsmi məzənnə 0,8029 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti