...

II Azərbaycan Beynəlxalq Sığorta Forumunun keçirilməsinin ilkin tarixi müəyyən olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Mart 2010 18:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 mart / Trend , müxbir Ü.İsmayılova/

Azərbaycan Sığortaçılar Assosiasiyası Azərbaycan Vergilər Nazirliyinin dəstəyi ilə təşkil olunan II Azərbaycan Beynəlxalq Sığorta Forumunun keçirilməsinin tarixini müəyyən edib. Bunu Assosiasiyanın idarə heyətinin sədri Azər Əliyev deyib.

"Forum birinci ilə (10-11 iyun 2008-ci il) təxminən eyni vaxtda keçiriləcək, lakin həmin günlərin istirahət günlərinə düşməsi ilə əlaqədar olaraq tədbirin ilkin tarixi 2-3 gün əvvələ müəyyən edilib", - Əliyev deyib.

Onun sözlərinə görə, forumun formatı dəyişməyəcək və əsas məqsədi adına müvafiq olacaq.

Azərbaycan Sığortaçılar Assosiasiyası 2006-cı ilin dekabrında təsis olunub. Assosiasiyanın tərkibinə Azərbaycanda fəaliyyət göstərən bütün sığortaçılar daxildir. Assosiasiyanın müşahidə şurasına   Azərbaycanın beş sığorta şirkəti daxildir. Həmin şirkətlər MBASK, Standard Insurance, Beynəlxalq Sığorta Şirkəti, Azərsığorta və Atəşgahdır.

Xəbər lenti

Xəbər lenti