...

Azərbaycan və Litva əməkdaşlıq perspektivlərini müzakirə edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2010 18:44 (UTC +04:00)
Çərşənbə günü Vilnüsdə Azərbaycan-Litva əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının ilk iclası keçirilib.
Azərbaycan və Litva əməkdaşlıq perspektivlərini müzakirə edib

Azərbaycan, Bakı, 26 may /Trend/

Çərşənbə günü Vilnüsdə Azərbaycan-Litva əməkdaşlıq üzrə hökumətlərarası komissiyasının ilk iclası keçirilib. Bu barədə Litvanın Azərbaycandakı səfirlyinin çərşənbə günü yaydığı məlumatında deyilir.

İclas zamanı ölkələr arasında iqtisadi əməkdaşlıqla bağlı məsələlər, eləcə də digər aktual məsələlər müzakirə olunub.

Azərbaycan tərəfdən komissiyaya vergilər naziri Fazil Məmmədov, Litva tərədən xarici işlər naziri Audronius Ajubalis rəhbərlik edib.

Məmmədov Litvanın baş naziri Andryus Kubilyusla, eləcə də xarici işlər naziri Audronius Ajubalislə görüşüb. Məlumatda deyilir ki, iqtisadi əməkdaşlıqla bağlı olan məsələlərlə yanaşı, nazirlər ikitərəfli investisiyaların, informasiya texnologiyaları, ətraf mühit, səhiyyə və sosial müdafiə sahəsində əməkdaşlığın vacibliyi ilə bağlı fikir mübadiləsi aparıblar.

Cari ilin yanvar-mart aylarında Azərbaycanla Litva arasında mal dövriyyəsi 30,7 faiz azalaraq 2,1 milyon dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti