...

Azərbaycanda "Russkiy xolod" əmtəə nişanlı dondurmaların satışı dayandırılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2010 18:10 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Russkiy xolod" əmtəə nişanlı dondurmaların satışını onun idxalçısı Azərbaycan ərazisində müvafiq sertifikat alana qədər dayandırıb.
Azərbaycanda "Russkiy xolod" əmtəə nişanlı dondurmaların satışı dayandırılıb

Аzərbaycan, Bakı, 27 iyul /Trend/

Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi "Russkiy xolod" əmtəə nişanlı dondurmaların satışını onun idxalçısı Azərbaycan ərazisində müvafiq sertifikat alana qədər dayandırıb. Bu barədə çərşənbə axşamı Dövlət Komitəsindən verilən məlumatda deyilir.

Monitorinq zamanı müəyyən olunub ki, Rusiyadan "Russkiy xolod" əmtəə nişanlı dondurmaların idxalı zamanı AZS Milli Sertifikatlaşdırma Sisteminin tələbləri pozulur. "Məhsullar sertifikatlaşdırılmadan satışa buraxılır", - məlumatda deyilir.

Təhlükəsizliyi və keyfiyyəti təsdiq edən sənədləri olmayan "Russkiy xolod" əmtəə nişanlı dondurmaların siyahısına "Yubileynoye", "Plombir SSSR", "Stoliçnoyo eskimo", "Plombir "Nastoyaşiy", "Lakomka "Enerqo", "Lakomka "Tradiçionnaya", "Plombir SSSR" şokoladnoye", "Lakomka "Trdaiçionnaya" vişnevım cemom" daxildir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 154 saylı qərarına əsasən, uyğunluq sertifikatı olmayan məhsulların respublika ərazisində satışı qadağandır. İdxalçı firmada aşkar olunmuş nöqsanlar aradan qaldırılanadək Komitə əməkdaşları tərəfindən məhsulların satışının dayandırılması barədə müəssisə rəhbərinə göstərişlər verilib.

Xəbər lenti

Xəbər lenti