...

BVF 2010-cu ildə Azərbaycanda inflyasiya proqnozlarını açıqlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Oktyabr 2010 17:16 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 oktyabr /Trend, müxbir N.İsmayılova/

Beynəlxalq Valyuta Fondu (BVF) 2010-cu ildə Azərbaycanda inflyasiyanın əvvəlcə proqnozlaşdırılan 5,5 faizə qarşı 4,7 faiz səviyyəsində olacağını proqnozlaşdırıb. Bu barədə BVF-in rəsmi saytında yerləşdirilən Fondun "Dünya iqtisadiyyatının perspektivləri" məruzəsində bildirilir.

BVF-in proqnozlarına görə, Azərbaycanda inflyasiyanın səviyyəsi 2011-ci ildə əvvəlcə proqnozlaşdırılan 3,5 faizə qarşı 6 faiz təşkil edəcək. 2015-ci ildə inflyasiyanın proqnozu əvvəlki səviyyədə, yəni üç faiz həcmində saxlanılıb. 2009-cu ildə Azərbaycanda inflyasiya 1,5 faiz təşkil edib. BVF-in 2009-cu ilin oktyabr ayı üzrə proqnozlarına görə, 2010-cu ildə bu göstəricinin ilkin proqnozu 5,3 faiz təşkil edib.

BVF-in proqnozlarına görə, ölkənin ödəniş balansında cari hesab saldosu 2010-cu ildə ÜDM-in əvvəlcə proqnozlaşdırılan 25,3 faizinə qarşı 24,1 faiz təşkil edəcək. Bu göstəricinin 2011-ci il üzrə proqnozu hazırda apreldəki 24,2 faiz proqnozuna qarşı 22,2 faizdir, 2015-ci ildə isə 23,7 faizə qarşı 21,1 faiz təşkil edəcək.

2009-cu ildə ölkənin ödəniş balansında cari hesab saldosu ÜDM-in 23,6 faizini təşkil edib. BVF-in 2009-cu ilin oktyabrında dərc olunmuş məruzəsinə görə, 2010-cu ildə Fond cari hesabın müsbət saldosunu ÜDM-in 23,1 faizi səviyyəsində proqnozlaşdırmışdı.

Bundan əvvəl Asiya İnkişaf Bankı (AİB) Azərbaycan üçün inflyasiyanın proqnozlarını korrektə etmişdi. Bu zaman o, 2010-cu ildə 5,8 faizdən 5 faizədək, 2011-ci il üçün isə 6 faizdən 4 faizədək azaldılmışdı. Yenilənmələr cari əməliyyat hesabı saldosunda da dəyişiklikləri nəzərdə tutur. Bu göstərici 2010-cu ildə 23 faizədən 29 faizədək, 2011-ci ildə isə 21,7 faizdən 27 faizədək təşkil edir.

Xəbər lenti

Xəbər lenti