...

"Azərbaycan Dəmir Yolları" Çexiyada təmir olunan beş lokomotiv alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Oktyabr 2010 16:14 (UTC +04:00)
"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Çexiyada "CZ LOKO" müəssisəsində təmir edilən "ÇME-3" seriyalı beş teplovozu Bakıya gətirilib.
"Azərbaycan Dəmir Yolları" Çexiyada təmir olunan beş lokomotiv alıb

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir S.Əliyev/

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC-nin Çexiyada "CZ LOKO" müəssisəsində təmir edilən "ÇME-3" seriyalı beş teplovozu Bakıya gətirilib. Bu barədə ADY-nin cümə axşamı yayılan məlumatında deyilir.

Hazırda Biləcəri lokomotiv parkında olan teplovozlarda rabitə əlaqələri qurulur.

Təmir edilən teplovozlardan üçü Biləcəri, biri Dübəndi, digəri Bakı sərnişin stansiyalarında manevrli işlər görəcəklər.

Bu lokomotivlər əsaslı təmir üçün ötən ilin fevralında Çexiyaya göndərilmişdi.

Xəbər lenti

Xəbər lenti