Gürcüstan, Tbilsi, 10 dekabr /Trend, müxbir N.Kirsxaliya/
Qatı dumanla əlaqədar səhərdən fəaliyyəti iflic olan Tbilisi beynəlxalq aeroportu işini bərpa edib. Bu barədə cümə günü Trend-ə aeroportdan məlumat verilib.
Aeroportun nümayəndələrinin sözlərinə görə, artıq Minskə reys həyata keçirilib. Eləcə də, iki təyyarə qəbul edilib.
Aeroport bağlanmayıb, lakin qatı dumanla əlaqədar təyyarələr qəbul edilməyib və uçmayıb. "Bu, uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün aviaşirkətin qəbul etdiyi qərar idi", - hava limanının administrasiyasından bildiriblər.
Bu gün səhər qatı duman səbəbindən Tbilisi aeroportundan bir neçə reysi, o cümlədən Bakıya, İstanbula və Avropanın digər şəhərlərinə uçuşları həyata keçirmək mümkün olmayıb.