...

"DəmirBank" valideyn himayəsindən məhrum uşaqlar üçün bayram tədbiri keçirib (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 İyun 2011 12:36 (UTC +04:00)
"DəmirBank" 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı uşaq evində, valideyn himayəsindən məhrum olan uşaqlar üçün bayram tədbiri keçirib.
"DəmirBank" valideyn himayəsindən məhrum uşaqlar üçün bayram tədbiri keçirib (FOTO)

Azərbaycan, Bakı, 2 iyun /Trend/

"DəmirBank" 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə Yeni Günəşli qəsəbəsində yerləşən 2 saylı uşaq evində, valideyn himayəsindən məhrum olan uşaqlar üçün bayram tədbiri keçirib.

Tədbirdə valideyn himayəsindən məhrum olmuş 100 uşaq iştirak edib. Bank nümayəndələri uşaqları təbrik edərək, onlara müxtəlif geyimlər, təmizlik vasitələri, oyuncaqlar və digər hədiyyələr təqdim ediblər.

Daha sonra uşaq-əyləncə məkanında uşaqlar üçün nahar süfrəsi və əyləncəli tədbir təşkil olunub. Uşaqlar əyləncəli tədbirdə rəqs edib və şou proqrama tamaşa ediblər.

"Uşaqlara qayğı göstərmək hər bir vətəndaşın borcudur. Onların düzgün tərbiyə olunmasında və layiqli vətəndaş kimi böyümələrində cəmiyyətin böyük rolu var. "DəmirBank" olaraq 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günündə bu tədbiri təşkil etməyi özümüzə borc bildik. Bankın Korporativ Sosial Məsuliyyət strategiyasına uyğun olaraq, belə tədbirlər gələcəkdə də keçiriləcək", - "DəmirBank"ın idarə heyətinin sədr müavini Yusif Cabbarov bildirib.

Ölkənin ilk banklarından olan "DəmirBank" (əvvəlki adı "Azərdəmiryolbank") 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Xəbər lenti

Xəbər lenti