...

Azərbaycan və Çin azad iqtisadi zonaların yaradılması imkanlarına baxırlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyul 2011 12:53 (UTC +04:00)
Azərbaycan və Çin azad iqtisadi zonaların (AİZ) yaradılması imkanlarını nəzərdən keçirirlər.
Azərbaycan və Çin azad iqtisadi zonaların yaradılması imkanlarına baxırlar

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir A.Axundov/

Azərbaycan və Çin azad iqtisadi zonaların (AİZ) yaradılması imkanlarını nəzərdən keçirirlər. Belə bir təklif bazar günü Bakıda Azərbaycan ilə ÇXR-in Sinszyan-Uyğur Muxtar Respublikası (SUMR) arasında ticari-iqtisadi əməkdaşlıq üzrə işçi qrupunun birinci iclası zamanı səsləndirilib.

"Bu çox maraqlı təklifdir. Azərbaycan tərəfi öz növbəsində Azərbaycanda mövcud olan AİZ-in iş rejiminin qaydaları ilə tanış edəcək", - iclasda iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov bildirib.

Onun sözlərinə görə, Azərbaycan və Çin iqtisadi, siyasi və sosial sahələrdə yüksək səviyyədə əməkdaşlıq edir. İclasın keçirilməsində əsas məqsəd bu münasibətlərin təkcə Çinlə deyil, ümumilikdə bütün regionla dərinləşdirilməsindən ibarətdir.

"Azərbaycanda Çin kaplitalı ilə müəssisə təsis olunub. Eləcə də azərbaycanlı iş adamları Çində uğurla fəaliyyət göstərirlər və orada öz şirkətlərinin nümayəndəliklərinə malikdirlər", - Səfərov bildirib.

Nazir müavini deyib ki, Azərbaycan ilə Çin arasında ticari-iqtisadi əməkdaşlıq üçün kifayət qədər yaxşı normativ-hüquqi baza mövcuddur. Bununla yanaşı, bu iclasın məqsədlərindən biri də bu bazanın təkmilləşdirilməsidir.

"Bu gün Azərbaycan ilə Çin arasında mal dövriyyəsi bir milyard dollara yaxın təşkil edir. O, həm enerji, həm də qeyri-neft sektorunu əhatə edir", - Səfərov qeyd edib.

SUMR xalq hökuməti sədrinin müavini Hu Veyin sözlərinə görə, 2010-cu ildə Azərbaycan ilə MR arasında mal dövriyyəsi 350 milyon dollar, 2011-ci ilin yanvar-mayında isə 100 milyon dollar təşkil edib.

"SUMR ilə mal dövriyyəsi Azərbaycanla Çin arasında ümumi mal dövriyyəsinin üçdə birini təşkil edir. 2011-ci ildə SUMR ilə mal dövriyyəsi daha böyük sürətlə inkişaf edəcək", - Vey bildirib.

İclasın yekunu üzrə protokol imzalanıb.

Xəbər lenti

Xəbər lenti