...

Azərbaycan bankı "Bank Standard"ın depozit portfeli yarım il ərzində 15 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2011 15:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir N.İsmayılova/

Azərbaycan bankı "Bank Standard"ın aktivləri yarım il ərzində 1,4 faiz artaraq iyulun 1-nə 610,416 milyon manat təşkil edib. Trend-in məlumatına görə, bu barədə bankın balans hesabatında deyilir.

İlin birinci yarısının yekunları üzrə bankın gəlirləri 26,68 milyon manat təşkil edib. Depozit portfeli yanvar-iyun ayları ərzində 15,1 faiz artaraq 416,76 milyon manat olub ki, bunun 302,87 milyon manatı fiziki şəxslərin uzunmüddətli əmanətlərinin payına düşür.

İyulun 1-nə olan vəziyyətə görə, bankın kredit portfeli hesabat dövrü ərzində 4,1 faiz artaraq 390 milyon manat olub. Bank istehlak kreditləşməsinə 73,1 milyon manat yönəldib. İyulun 1-nə ipoteka kreditlərinin səviyyəsi 23,6 milyon manat, avtokreditlər - 33,6 milyon manat təşkil edib. Bankın ümumi öhdəlikləri 524,1 milyon manat olub.

İyulun 1-nə bankın balans kapitalı ilin əvvəli ilə müqayisədə 4,5 faiz azalaraq 86,3 milyon manat olub. Nizamnamə kapitalı 75 milyon manata bərabərdir. İyulun 1-nə olan məlumata görə, bankın aktiv plastik kartlarının sayı 29 816 ədəd, bankomatları 88 ədəd, POS-terminalları isə 604 ədəd olub.

Bank Standard 1995-ci ildə yaradılıb və AB Standard sənaye-maliyyə qrupuna daxildir.

İyulun 29-na olan rəsmi məzənnə 0,7866 AZN/USD təşkil edir.

Xəbər lenti

Xəbər lenti