...

Azərbaycan və İİB Naxçıvanda daşqınlardan müdafiə layihəsi üzrə kredit sazişi imzalayıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Dekabr 2011 16:09 (UTC +04:00)
İslam İnkişaf Bankı (İİB) və Azərbaycan hökuməti Naxçıvanda suvarılan ərazilərin daşqınlardan müdafiəsi, modernləşdirilməsi və genişləndirilməsi layihəsi çərçivəsində kredit sazişi imzalayıblar.
Azərbaycan və İİB Naxçıvanda daşqınlardan müdafiə layihəsi üzrə kredit sazişi imzalayıblar

Azərbaycan, Bakı, 2 dekabr /Trend, müxbir N.İsmayılova/

İslam İnkişaf Bankı (İİB) və Azərbaycan hökuməti Naxçıvanda suvarılan ərazilərin daşqınlardan müdafiəsi, modernləşdirilməsi və genişləndirilməsi layihəsi çərçivəsində kredit sazişi imzalayıblar. Bu barədə cümə günü Trend-ə Azərbaycanın İİB-də nümayəndəsi Tamerlan Tağıyev məlumat verib.

2011-ci ilin sentyabrında İİB-in İcraçı Direktorlar Şurası 64,83 milyon dollara yaxın məbləğdə maliyyələşdirməni bəyənib.

"Ötən həftə İİB-in regional direktoru Hişam Marufun rəhbərliyi ilə bankın missiyası Azərbaycanda olub. Səfər çərçivəsində kredit sazişi imzalanıb. Sənədi İİB tərəfdən Maruf, Azərbaycan tərəfdən isə Naxçıvan MR-in Baş naziri Əlövsət Baxşıyev imzalayıb", - Tağıyev deyib.

Layihənin icraçı agenti qismində Naxçıvan Dövlət Meliorasiya və Su Təsərrüaftı Agentliyi çıxış edir.

Dörd il üçün nəzərdə tutulan layihənin ümumi dəyəri təxminən 80 milyon dollar təşkil edir.

İİB-in krediti iki hissədən ibarətdir. 9,5 milyon dollar güzəştli şərtlərlə təqdim olunub: 19 il güzəştli dövr və 2,6 faiz dərəcəsi ilə dörd il müddətinə; 55,33 milyon dollar isə qeyri-kommersiya şərtləri ilə 14 il güzəştli dövr və "swop rate" dərəcəsi dörd il müddətinə.

Layihə çərçivəsində Araz çayı boyunca sahilbərkitmə tikililərinin, ikinci kanalların tikintisi və digər tədbirlərin görülməsi nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti