...

Azərbaycanda fevral ayında sənaye qiymətləri indeksi 6,3 faiz artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Mart 2012 15:41 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir Ə.Həsənov/

Azərbaycanda 2012-ci ilin fevral ayında sənaye məhsullarının istehsalçı qiymətləri əvvəlki aya nisbətən 6,3 faiz, 2011-ci ilin analoji dövrü ilə müqayisədə isə 20,2 faiz artıb. Trend-in məlumatına görə, bu barədə şənbə günü Dövlət Statistika Komitəsinin yaydığı məlumatda deyilir.

Məlumata əsasən, 2012-ci ilin fevral ayında hasilat sənayesi üzrə istehsalçı qiymətləri indeksi əvvəlki aya nisbətən 107,5 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri neft və qaz hasilatı üzrə 7,6 faiz, daş, qum, çınqıl, duz və digər mədən sənayesi məhsullarının hasilatı üzrə isə 0,4 faiz bahalaşıb.

Fevral ayında emal sənayesi üzrə istehsalçı qiymətləri indeksi 100,2 faiz təşkil edib. Bu bölmədə istehsalçı qiymətləri maşın və avadanlıqların istehsalı üzrə 0,1 faiz, ağac emalı və ağacdan məmulatların istehsalı üzrə 0,1 faiz, tikinti materialları istehsalı üzrə 0,7 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı üzrə 1,5 faiz, elektrik avadanlıqlarının istehsalı üzrə 0,1 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı üzrə 1,3 faiz bahalaşıb.

Kimya sənayesi üzrə qiymətlər 0,2 faiz, qida sənayesi üzrə 0,5 faiz, metallurgiya sənayesi üzrə 1,1 faiz, poliqrafiya üzrə 2,9 faiz ucuzlaşıb.

Xəbər lenti

Xəbər lenti