...

Sığorta ödənişləri üzrə Azərbaycan bazarının liderləri açıqlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 İyun 2012 14:29 (UTC +04:00)
"Paşa Sığorta" şirkəti tərəfindən 2012-ci ilin birinci rübündə həyata keçirilən ödənişlərin əsas payına tibbi sığorta, su nəqliyyatı vasitələri, avtomobillər və əmlakın sığortası üzrə ödənişlər düşür.
Sığorta ödənişləri üzrə Azərbaycan bazarının liderləri açıqlanıb

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir A.Axundov/

"Paşa Sığorta" şirkəti tərəfindən 2012-ci ilin birinci rübündə həyata keçirilən ödənişlərin əsas payına tibbi sığorta, su nəqliyyatı vasitələri, avtomobillər və əmlakın sığortası üzrə ödənişlər düşür. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi şirkətin yaydığı məlumatda deyilir.

Sığorta hadisələri nəticəsində ödənilmiş 4,4 milyon manat həcmində sığorta ödənişləri ilə "Paşa Sığorta" şirkəti 2012-ci ilin birinci rübü ərzində müştərilərə ödənilmiş sığorta kompensasiyaları göstəricisinə görə bazarın lideri olub.

Sığorta ödənişləri üzrə reytinqin ikinci və üçüncü yerlərində müştərilərə tənzimlənmiş sığorta hadisələri nəticəsində müvafiq olaraq 1,6 milyon və 1,5 milyon manat ödəməklə "Azərsığorta" və "Atəşgah Sığorta" dayanır.

2012-ci ilin ilk üç ayı ərzində müştərilərə verilmiş sığorta ödənişləri göstəricisinə görə ilk beşliyə düşən sığorta bazarının liderləri aşağıdakılardır:

Şirkət

Ödənişlər, AZN

1

Paşa Sığorta

4,486,488

2

Azərsığorta

1,618,130

3

Atəşgah Sığorta

1,557,411

4

Beynəlxalq Sığorta

1,457,447

5

AXA MBASK

1,276,266

Birinci rüb üzrə müştərilərə verilmiş sığorta ödənişləri haqqında məlumat Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən təqdim edilib.

Xəbər lenti

Xəbər lenti