...

Nəqliyyat Nazirliyi Bakıda tıxac problemini həll edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2012 20:27 (UTC +04:00)

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir H.Vəliyev/

Azərbaycan Nəqliyyat Nazirliyi paytaxtda parkinqlərin sayını artırmağı planlaşdırır. Bununla əlaqədar olaraq, normativ sənədlər hazırlanır. Trend-in məlumatına görə, bu barədə cümə axşamı jurnalistlərə nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib.

"Əsas məqsəd Bakının mərkəz küçələrində nəqliyyat vasitələrinin sərbəst hərəkət etməsi ilə bağlı problemin aradan qaldırılmasıdır. Bunun üçün ilk növbədə yerüstü və yeraltı parkinqlər lazımdır", - Pənahov deyib.

Onun sözlərinə görə, yollarda problemləri əsasən iş yerinə yaxın yol boyunca avtomobillərini saxlayan sürücülər yaradır.

"Sürücülər yol boyunca avtomobillərini 8 saat və bəzən daha çox müddətə saxlamalarına görə heç bir inzibati və iqtisadi məsuliyyət daşımırlar, - nazir müavini qeyd edib. - Bu gün, məlum olduğu kimi, bu problemlərin aradan qaldırılması üçün artıq Heydər Əliyev Sarayının arxasında, Azadlıq meydanında yeraltı parkinqin tikintisi ilə bağlı işlər aparılır".

Pənahov əlavə edib ki, bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək.

Nəqliyyat Nazirliyinin apardığı araşdırmalara əsasən müəyyən edilib ki, Bakıda təqribən 100 yeraltı parkinqin tikilməsinə ehtiyac var.

Xəbər lenti

Xəbər lenti