...

Azərbaycanda 560 kq-a yaxın yararsız ərzaq malları məhv edilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2012 16:42 (UTC +04:00)
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq malları aşkar edilib.
Azərbaycanda 560 kq-a yaxın yararsız ərzaq malları məhv edilib

Azərbaycan, Bakı, 26 iyul /Trend/

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında keçirilən növbəti monitorinqlər zamanı yararsız ərzaq malları aşkar edilib.

Nazirliyin mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, Bakının Xəzər, Nəsimi, Nizami rayonlarında, Sumqayıt şəhərində, Abşeron, Goranboy, Bərdə, Neftçala, Füzuli, Beyləqan rayonlarında aparılan yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı, eləcə də satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib.

Ümumilikdə, monitorinqlər zamanı 560 kq-a yaxın yararsız ərzaq malları aşkar olunub, satışdan çıxarılaraq məhv edilib.

Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati cərimələr tətbiq olunacaq.

İstehlakçılardan istifadə müddəti ötmüş, keyfiyyətsiz malların satışı halları ilə rastlaşdıqda 498-15-01 və 498-15-04 nömrəli telefonlarla Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə məlumat vermələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti