...

Azərbaycanın 3 bankının 27 filialı bağlanmış "Royal Bank"ın əmanatçilərinə kompensasiya verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2012 20:48 (UTC +04:00)
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) bağlanmış "Royal Bank" ASC-nin depozit hesablarının bölüşdürülməsini üç bank-agent üzrə başa çatdırıb. Həmin banklar vasitəsilə sığortalanan əmanətlər üzrə kompensasiyaların verilməsi həyata keçiriləcək.
Azərbaycanın 3 bankının 27 filialı bağlanmış "Royal Bank"ın əmanatçilərinə kompensasiya verəcək

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir İ.Xəlilova/

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) bağlanmış "Royal Bank" ASC-nin depozit hesablarının bölüşdürülməsini üç bank-agent üzrə başa çatdırıb. Həmin banklar vasitəsilə sığortalanan əmanətlər üzrə kompensasiyaların verilməsi həyata keçiriləcək. Bu barədə cümə axşamı Trend-ə ADIF-in icraçı direktoru Azad Cavadov bildirib.

"Bununla əlaqədar avqustun 1-dən kompensasiyalar verilməyə başlayacaq, "Royal Bank"ın əmanətçilərinin hesabları bu üç bank arasında tam bölüşdürülüb. Bu qərar onlarla görüş zamanı verilib", - Cavadov deyib.

Onun sözlərinə görə, 6 255 əmanətçiyə ümumi dəyəri 17,223 milyon manat məbləğində kompensasiya veriləcək. Müvafiq olaraq, "Royal Bank"ın 33 filialında əmanətçilərin hesabları üç bank-agentin 27 filialının xidmətinə keçiriləcək.

"Biz bank-agentlərin filiallarının ünvanları olan bukletlər hazırlamağı planlaşdırırıq. Bukletlərdə filialların yerləşdiyi ərazi, habelə kompensasiyanın alınması üçün təqdim edilməli olan sənədlərin siyahısı da olacaq. Bundan başqa, "Royal Bank"ın keçmiş filiallarına da ərizə formaları və onların doldurulmasını paylayacağıq. Burada məqsəd müştərilərin onları kompensasiyaların ödənilməsi üçün ala bilmələridir", - Cavadov qeyd edib.

Onun sözlərinə görə, qarşıdakı günlərdə banklar informasiya sistemlərinə onlara təqdim edilən sığortalanan əmanətçilər qarşısında "Royal Bank" ASC-nin öhdəlikləri reyestri əsasında məlumatları daxil etməlidirlər.

"Bu əmanətçilər üçün hesablar açılacaq və avqustun 1-dən kompensasiyaların verilməsi başlayacaq, - Cavadov deyib. - Nəzərdə tutulduğu kimi, biz hazırlıq prosesini vaxtında başa çatdıracağıq və sığorta hadisəsinin başlamasından 14 gündən sonra kompensasiyaları ödəməyə başlayacağıq ki, bu da ilk növbədə əmanətlərin sığaortalanmasına etimadı artıracaq".

Qeyd edək ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 12 iyul 2012-ci il tarixli, 17 saylı qərarı ilə "Royal Bank" ASC-nin lisenziyası ləğv edilib.

Xəbər lenti

Xəbər lenti