...

Azərbaycanda idxal-ixrac əməliyyatları üzrə e-gömrük xidmətlərinin göstərilməsinə başlanır

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2012 15:53 (UTC +04:00)
Azərbaycanda idxal-ixrac əməliyyatları üzrə elektron gömrük xidmətlərinin göstərilməsinə başlanır.
Azərbaycanda idxal-ixrac əməliyyatları üzrə e-gömrük xidmətlərinin göstərilməsinə başlanır

Azərbaycan, Bakı, 9 avqust /Trend/

Azərbaycanda idxal-ixrac əməliyyatları üzrə elektron gömrük xidmətlərinin göstərilməsinə başlanır.

Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən cümə axşamı Trend-ə verilən məlumata görə, elektron gömrük xidmətlərinin təşkili məqsədilə idxal-ixrac əməliyyatları ilə məşğul olan xarici iqtisadi fəaliyyət iştirakçılarından 1 sentyabr 2012-ci il tarixədək Komitənin internet səhifəsində (www.dgk.gov.az) "Elektron gömrük xidmətləri üzrə xarici iqtisadi fəaliyyət iştirakçısının qeydiyyatı" bölməsində qeydiyyatdan keçmələri xahiş olunur.

Xəbər lenti

Xəbər lenti