...

"AtaBank"ın müştəriləri U-17 qızlar arasında futbol üzrə DÇ-yə pulsuz biletlər qazanıblar

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2012 14:27 (UTC +04:00)
"AtaBank" ASC və "Visa İnc" beynəlxalq ödəniş sisteminin təşəbbüsü və təşkilatçılığı ilə sentyabr ayında start götürən kampaniyaya yekun vurulub.
"AtaBank"ın müştəriləri U-17 qızlar arasında futbol üzrə DÇ-yə pulsuz biletlər qazanıblar

Azərbaycan, Bakı, 5 oktyabr/Trend/

"AtaBank" ASC və "Visa İnc" beynəlxalq ödəniş sisteminin təşəbbüsü və təşkilatçılığı ilə sentyabr ayında start götürən kampaniyaya yekun vurulub.

Kampaniyanın şərtlərinə əsasən, "Neptun" supermarketlər şəbəkəsində "AtaBank"ın POS-terminalları vasitəsilə nağdsız ödəmə aparan müştərilər "FİFA U-17 2012" qızlar arasında futbol üzrə dünya çempionatının oyunlarına pulsuz bilet qazanıblar. Trend-in məlumatına görə, bu barədə cümə günü bankın yaydığı məlumatda deyilir.

"Visa İnc" beynəlxalq ödəniş sisteminin də dəstəklədiyi bu kampaniya zamanı Visa kartı ilə "AtaBank"ın POS-terminalında ödəmə aparan müştərilər dünya çempionatının bütün mərhələlərinə bilet qazanmışdılar. Belə ki, 20-50 manat məbləğində ödəmə edən müştərilər qrup mərhələsinə, 50-100 manat civarında kart əməliyyatı aparan şəxslər ¼ finala, və 100 manatdan yuxarı məbləğdə alış-veriş edənlər isə yarım finala bilet əldə etmişdilər.

Qeyd edək ki, kampaniyada paylanılan biletlərin sayı məhdud idi. Belə ki, aktiv müştərilərə qrup mərhələsində keçirilən oyunlara 516, 1/4 finala 54, yarım finala 24 bilet - cəmi 590 bilet paylanmışdı.

Kampaniyanın məqsədi ticarət, ictimai-iaşə və xidmət obyektlərində quraşdırılmış POS-terminallar vasitəsilə həyata keçirilən əməliyyatları stimullaşdırmaqdır. Hazırda Bakıda, Sumqayıtda, və bəzi regionlarda "AtaBank"ın 9000-dən çox POS terminalı quraşdırılıb. Kartla əməliyyatların artmasını stimullaşdırmaq məqsədilə bank tərəfindən həmçinin "Nağdsız ödə, nağd qazan" kampaniyası da həyata keçirilir. Kampaniyaların şərtləri və bankın POS terminallarının yerləşdiyi ünvanlarla tanış olmaq üçün www.atabank.com saytına müraciət etmək olar.

Xəbər lenti

Xəbər lenti