...

“Expressbank” Azərbaycanda ən sürətli və uğurlu layihələrindən birini reallaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2012 14:21 (UTC +04:00)
"Expressbank" Temenos şirkəti tərəfindən hazırlanmış avtomatlaşdırılmış bank sistemi (ABS) olan T24-ün tədbiqinə başlayıb. Trend-in məlumatına görə, bu barədə bankın şənbə günü yaydığı məlumatda deyilir.
“Expressbank” Azərbaycanda ən sürətli və uğurlu layihələrindən birini reallaşdırır

Azərbaycan, Bakı, 6 oktyabr / Trend/

"Expressbank" Temenos şirkəti tərəfindən hazırlanmış avtomatlaşdırılmış bank sistemi (ABS) olan T24-ün tədbiqinə başlayıb. Trend-in məlumatına görə, bu barədə bankın şənbə günü yaydığı məlumatda deyilir.

T24 platformasına keçid layihəsinə 2011-ci ilin iyun ayında start verilmiş və 15 aydan az bir müddətdə layihə uğurla tamamlanmışdır. Bu da öz növbəsində MDB ölkələri arasında ən uğurlu tədbiqlərdən biri hesab olunur. T24 proqramı avtomatlaşdırılmış bank sistemlərinin beynəlxalq bazarında liderdir. Bu məhsul Azərbaycan da daxil olmaqla dünyanın 120 ölkəsində 600-dən çox bankda istifadə olunur.

ABS özündə ən qabaqcıl və mükəmməl quruluşa malik olan geniş və çevik funksional imkanlar cəmləşdirən universal platformadır. Platforma fərdi və korporativ xidmətlərdən kassa əməliyyatlarınadək bankın bütün məhsul xəttinin avtomatlaşdırılmasına imkan yaradır. Sistemin çevikliyi bankın bazarda bank məhsulları arasında baş verən dəyişikliklərə operativ reaksiya göstərməyə, yeni məhsulların yaranmasına, həmçinin müştərilərə daha keyfiyyətli və sürətli xidmət göstərməyə imkan yaradacaq.

"Expressbank"ın respublikamızın müxtəlif regionlarında 13 filialı, 3 şöbəsi, 60 bankomatı mövcuddur. 2012-ci ilin sonuna əlavə 2 filialın açılması nəzərdə tutulmuşdur.

Bank plastik kartlarla əməliyyatlar, 24 saat ATM xidməti, müştərilərinə depozit hesabları, hesablaşma-kassa xidmətləri, sənədli əməliyyatlar, kredit əməliyyatları, o cümlədən istehlak və biznes kreditləri, valyuta mübadiləsi, yerli və beynəlxalq pul köçürmələri, kommunal və rabitə xidmətlərinin ödənişi, banklararası kreditlər və depozitlər, biznes məsləhətləri kimi müxtəlif növ fərdi və korporativ bank xidmətləri göstərir.

"Expressbank"-ın fəaliyyəti və kampaniyaları barədə daha geniş və ətraflı məlumatla www.expressbank.az saytından və ya 132 Məlumat Mərkəzinə zəng etməklə tanış olmaq olar. Həmçinin bankın Facebook (http://www.facebook.com/Expressbank) sosial şəbəkəsində olan rəsmi səhifəsinə üzv olmaqla daim bank yenililərindən xəbər tutmaq olar.

Xəbər lenti

Xəbər lenti