...

"Yunayted Kredit Bank" kapitalını 1,7 dəfə artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Oktyabr 2012 14:35 (UTC +04:00)
30 oktyabr 2012-ci ildən etibarən BFB-də "Yunayted Kredit Bank" ASC-nin on milyon manat həcmində adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanılması nəzərdə tutulur.
"Yunayted Kredit Bank" kapitalını 1,7 dəfə artırır

Azərbaycan, Bakı, 29 oktyabr /Trend /

30 oktyabr 2012-ci ildən etibarən BFB-də "Yunayted Kredit Bank" ASC-nin on milyon manat həcmində adi adlı sənədsiz səhmlərinin yerləşdirilməsinə başlanılması nəzərdə tutulur. Trend-in məlumatına görə, bu barədə bankın bazar ertəsi yaydığı məlumatda deyilir.

"Bank habelə səhmlərinin qeyri-kotirovka vərəqəsinə salınması ilə bağlı müraciət edib", - məlumatda bildirilir.

Emissiya prospektinə hər birinin nominal dəyəri 2 min manat olan 5 000 səhm daxil edilib. Səhmlərin yerləşdirilməsinin anderrayteri qismində "Çelsi Kapital" MMC çıxış edir.

Səhmlərin emissiyasının yerləşdirilməsi nəticəsində bankın kapitalı 24,108 milyon manatadək artırılacaq.

Hazırda bankın nizamnamə kapitalı 14,108 milyon, məcmu kapitalı 12,785 milyon manat həcmində formalaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti