...

İstanbulda dünyada Xəzər regionunun rolu müzakirə edilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Dekabr 2012 13:33 (UTC +04:00)
Bu gün İstanbulda "Caspian Strategy Institute"un təşkilatçılığı ilə keçirilən Xəzər forumunda Xəzər regionunun rolu və əhəmiyyəti müzakirə edilir.
İstanbulda dünyada Xəzər regionunun rolu müzakirə edilir

Türkiyə, İstanbul, 6 dekabr /Trend, xüsusi müxbir A.Bədəlova/

Bu gün İstanbulda "Caspian Strategy Institute"un təşkilatçılığı ilə keçirilən Xəzər forumunda Xəzər regionunun rolu və əhəmiyyəti müzakirə edilir.

Trend-in xüsusi müxbirinin məlumatına görə, "Caspian Strategy Institute"un baş katibi Haldun Yavas bildirib ki, bu forumun keçirilməsində məqsəd region ölkələri arasında investisiya və ticarəti genişləndirməyə imkan verəcək əməkdaşlığa yardım etməkdir.

Forumda əsas müzakirə mövzuları Avrasiya enerji dinamikasında Xəzər enerji resurslarının rolu və Xəzər ölkələrinin iqtisadi inkişaf məsələləridir.

Yavas hazırda bütün dünya ölkələrinin diqqətini cəlb edən Xəzər regionunun əhəmiyyətini qeyd edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti