...

Bakıda Azərbaycan-Litva biznes forumu keçiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Aprel 2013 18:54 (UTC +04:00)
Aprelin 9-da İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Litva biznes forumu keçiriləcək.
Bakıda Azərbaycan-Litva biznes forumu keçiriləcək

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir A. Axundov/

Aprelin 9-da İqtisadi İnkişaf Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Bakıda Azərbaycan-Litva biznes forumu keçiriləcək. Bu barədə Trend Fondun saytına istinadən məlumat verir.

Tədbirdə təhsil, tikinti, maliyyə, İKT, bərpa olunan enerji, ətraf mühitin mühafizəsi, suyun təmizlənməsi, avtomobil daşımaları, logistika, ticarət üçün avadanlıq istehsalı, avtomobil hissələrinin satışı və digər sektorları təmsil edən Litva sahibkarları, həmçinin Klaypeda Azad İqtisadi Zonasının nümayəndələri iştirak edəcəklər.

Biznes forum aprelin 9-da saat 10:30-dan etibarən Bakı Biznes Mərkəzində (ünvan: Neftçilər prospekti, 44) keçiriləcək.

Əlaqələndirici şəxs: Anar Nuriyev; tel.: (012) 598 01 47/48 (daxili: 123; 108); e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti