...

Su operatoru: CATEF sərgisi Azərbaycana yeni texnologiyaların cəlb edilməsinə imkan yaradır

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Aprel 2013 14:57 (UTC +04:00)
Azərbaycan su operatoru "Azərsu" ASC ölkənin paytxatında,38 rayon mərkəzi və 350-dən çox kənddə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması və yenidənqurma işləri aparır.
Su operatoru: CATEF sərgisi Azərbaycana yeni texnologiyaların cəlb edilməsinə imkan yaradır

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir A.Abbasov/

Azərbaycan su operatoru "Azərsu" ASC ölkənin paytxatında, 38 rayon mərkəzi və 350-dən çox kənddə su təchizatı və kanalizasiya sistemlərinin yaradılması və yenidənqurma işləri aparır.

Bu barədə "Azərsu" ASC-nin rəhbəri Qorxmaz Hüseynov cümə axşamı Bakıda ""CATEF 2013" Xəzər Beynəlxalq Su Texnologiyaları Sərgisi"nin açılışında çıxış edərkən bildirib.

"Ölkənin dinamik inkişafı özünü su təchizatı sahəsində də göstərib. Biz ölkənin bir çox hissələrində işlər görürük. Fəaliyyətimizin əsas hədəfi bütün əhalinin 24 saat ərzində fasiləsiz su ilə təchizatını təmin etməkdir", -Hüseynov bildirib.

Onun sözlərinə görə, şirkət gələcəkdə Azərbaycanda tədbiq etmək məqsədilə su təchizatı sahəsində elmi araşdırmaların nəticələrini, yeni texnologiyaları və yüksək keyfiyyətli materialları aktiv şəkildə öyrənir.

"Yeni texnologiyalar və metodları öyrənmək üçün belə sərgilər olduqca faydalıdır. Bundan əlavə, bu sərgi bizə yeni tərəfdaşlar tapmağa imkan verəcək",- Hüseynov bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti