...

Qazaxıstan Azərbaycan investisiyaları üçün zəruri şəraiti yaratmağa hazırdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2013 14:19 (UTC +04:00)
Qazaxıstan və Azərbaycan arasında əmtəə dövriyyəsi 450 milyon dollara çatıb ki, bu da iki ölkə arasında mövcud olan potensiala uyğun deyil.
Qazaxıstan Azərbaycan investisiyaları üçün zəruri şəraiti yaratmağa hazırdır

Azərbaycan, Bakı, 17 aprel / Trend, müxbir H. Vəliyev/

Qazaxıstan və Azərbaycan arasında əmtəə dövriyyəsi 450 milyon dollara çatıb ki, bu da iki ölkə arasında mövcud olan potensiala uyğun deyil. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü jurnalistlərə Qazaxıstanın Mangistau vilayətinin Aktau şəhərinin akimi Yedil Janbırşin deyib. O, Bakıda keçirilən Azərbaycan-Qazaxıstan biznes forumunda iştirak edən nümayəndə heyətinə başçılıq edir.

Onun sözlərinə görə, hazırda ikitərəfli münasibətlərin genişləndirilməsi üçün böyük imkanlar var.

"Hazırda investisiyalar yatırmaq üçün imkanları nəzərdən keçiririk. Güman edirəm ki, Qazaxıstanda xüsusilə enerji sahəsində, ərzaq təhlükəsizliyi və logistika mərkəzlərinin açılması istiqamətində əməkdaşlığı genişləndirmək, ekologiya sahəsində, məişət tullantılarının emalı, müxtəlif xalq istehlakı mallarının istehsalı və digər sahələrdə Azərbaycan şirkətlərinin iştirakını genişləndirmək mümkündür", - akim bildirib.

Onun sözlərinə görə, hazırda əməkdaşlığın bir neçə istiqamətlərini müzakirə etmək planlaşdırılır. Bu istiqamətlər sırasında çirkab sularının təmizlənməsi və regionların su təchizatı var.

"Qazaxıstan, həmçinin Aktau şəhərindəki azad iqtisadi zona (AİZ) nümunəsində AİZ-lərin yaradılması təcrübəsini təqdim edəcək", - o qeyd edib.

Onun sözlərinə görə. Qazaxıstan Azərbaycan şirkətləri üçün zəruri investisiya mühiti yaratmağa hazırdır və onların Aktau şəhərində və regionlarda fəaliyyəti üçün potensial var.

"Hazırda Aktauda Azərbaycanın təqribən 100 şirkəti fəaliyyət göstərir, həmin şirkətlər Qazaxıstan tərəfilə birgə işləyirlər" , - akim deyib.

Qazaxıstan nümayəndə heyəti Sumqayıt Texnoloji Parkında olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti