...

Aparıcı tikinti şirkətləri təlimdə iştirak ediblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Aprel 2013 11:22 (UTC +04:00)
Azərbaycanın tikinti şirkətləri və beton istehsalçıları nümayəndələri "Monolit Beton" mövzusuna həsr edilmiş təlimdə iştirak ediblər.
Aparıcı tikinti şirkətləri təlimdə iştirak ediblər

Azərbaycan, Bakı, 19 aprel /Trend/

Azərbaycanın tikinti şirkətləri və beton istehsalçıları nümayəndələri "Monolit Beton" mövzusuna həsr edilmiş təlimdə iştirak ediblər.

Müasir tikinti layihələri struktur nöqteyi nəzərindən özünün texniki mürəkkəbliyi və iri miqyaslılığı ilə seçilir. Bu isə əmtəə beton istehsalçılarını istehsal prosesinin real məqsədlərini daha dərindən araşdırmağa sövq edir. Ən vacib şərtlərdən biri müvafiq texniki biliklərin mövcudluğu və monolit betonun istehsalı texnologiyaları haqqında dolğun məlumatların olmasıdır. Bu, həcmlərin artırılması üzrə layihələrin xüsusi tələblərinə cavab vermək öhdəliyi qarşısında qalan istehsalçılar üçün daha da aktual məsələyə çevrilir.

Təlim zamanı iştirakçılar monolit beton, onun düzgün hazırlanması və istehsal sonrası xidmətlər, həmçinin "Holcim (Azərbaycan)" şirkətinin və bu sahədə olan digər qlobal təcrübələrdən nümunələr haqqında məlumat əldə etdilər.

"Holcim (Azərbaycan)" şirkəti müştərilərə texniki dəstək xidmətləri göstərməklə daim onların yanında olur. "Holcim Sement Mərkəzi" tərəfindən təşkil olunmuş bu təlim çoxsaylı nümunələrdən yalnız biridir.

Dünyanın 70-dən çox ölkəsində fəaliyyət göstərən "Holcim" şirkətində 80.000-dən çox əməkdaş çalışır. "Holcim" dünyanın aparıcı sement, doldurucu(qırmadaş, çınqıl və qum), həmçinin hazır beton və asfalt təchizatçısıdır. 1999-cu ildən "Holcim" iqtisadi artım, ekoloji tarazlıq və sosial inkişaf məsələləri üzrə ixtisaslaşan Davamlı İnkişaf üçün Dünya Biznes İttifaqının (DİDBİ) üzvüdür. 2000-ci ildə sement sənayesində davamlı inkişafla bağlı maneələrin aradan qaldırılmasına yardım etmək məqsədilə Holcim "Sement sənayesi üzrə Davamlılıq Təşəbbüsünü" irəli sürmüşdür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti