...

İqtisadi inkişaf naziri Samuxda vətəndaşları mayın 4-də qəbul edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2013 11:38 (UTC +04:00)
İqtisadi inkişaf naziri Şahin Mustafayevin Samuxda mayın 3-nə nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı mayın 4-nə keçirilmişdir.
İqtisadi inkişaf naziri Samuxda vətəndaşları 
mayın 4-də qəbul edəcək

Azərbaycan, Bakı, 29 aprel /Trend/

İqtisadi inkişaf naziri Şahin Mustafayevin Samuxda mayın 3-nə nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı mayın 4-nə keçirilmişdir.

Saat 10:00-dan etibarən Samux şəhər 2 saylı orta məktəbində keçiriləcək qəbulda iqtisadi inkişaf naziri Şahin Mustafayev Samux, Goranboy, Göygöl, Daşkəsən, Kəlbəcər, Xocalı rayonlarından, Gəncə və Naftalan şəhərlərindən olan vətəndaşları qəbul edəcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan İqtisadi İnkişaf Nazirliyinin [email protected] elektron poçt ünvanı, 493-51-68, 493-88-67 (21-43), (050) 315-18-17 nömrəli telefonlar (əlaqələndirici şəxs Rövşən Ataşov), həmçinin nazirliyin Gəncə-Qazax regional bölməsi (Arzu Hacıyev, əlaqə telefonu: (022) 256 02 32, mobil (050) 395 91 97, Gəncə şəhəri, Heydər Əliyev Meydanı, İnzibati bina) vasitəsilə qəbula yazılmaları xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti