...

"Fitch" Azərbaycanın reytinqini sabit proqnozla "BBB-" səviyyəsində təsdiq edib (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Aprel 2013 15:35 (UTC +04:00)
"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada emitent defoltunun uzunmüddətli reytinqini sabit proqnozla "BBB-", qısamüddətli reytinqini "F3", ölkə həddini isə "BBB-" səviyyəsində təsdiq edib.
"Fitch" Azərbaycanın reytinqini sabit proqnozla "BBB-" səviyyəsində təsdiq edib (ƏLAVƏ OLUNUB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 14:04-də yayılb)

Azərbaycan, Bakı, 29 aprel /Trend/

"Fitch Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici və milli valyutada emitent defoltunun uzunmüddətli reytinqini sabit proqnozla "BBB-", qısamüddətli reytinqini "F3", ölkə həddini isə "BBB-" səviyyəsində təsdiq edib. Trend xəbər verir ki, bu barədə agentliyin yaydığı məlumatda deyilir.

"BBB-" reytinqi bir tərəfdən güclü dövlət balansını (büdcənin gəlirləri və xərcləri arasında), yüksək neft gəlirlərinin əldə edilməsini və aşağı borc səviyyəsini, digər tərəfdən neftdən xeyli asılılığı nəzərdə tutur", - "Fitch"in məlumatında deyilir.

Reytinq agentliyinin mütəxəssislərinin fikrincə, oxşar reytinq səviyyəsinə malik neft ölkələrindən fərqli olaraq, Azərbaycan neft hasilatında pik səviyyəyə çatıb, proqnozlara əsasən, hasilatın səviyyəsi növbəti 10 il ərzində kəskin azalacaq. Bu, Azərbaycan hökumətinin neft gəlirlərini gələcək üçün saxlamaq və qeyri-neft iqtisadiyyatına investisiya yatırmaq qabilliyyətinin əhəmiyyətini artırır. Azərbaycanın ortamüddətli siyasəti neftin qiymətinə və ya büdcənin qeyri-neft defisitinə əsaslanmış dəqiq büdcə qaydasının tətbiqini nəzərdə tutmur.

"Azərbaycanın xarici mövqeyi güclü olaraq qalır. Ötən il Azərbaycan cari əməliyyatlar hesabının ÜDM-in 21,7 faizi həcmində profisitinə malik olub və 2013-2014-cü illərdə cari əməliyyatlar hesabının balansı rahat müsbət olaraq qalacaq, lakin azala da bilər", - "Fitch"in məlumatında deyilir.

Agentliyin ekspertləri qeyd edirlər ki, ölkə xammal bazarlarından yüksək dərəcədə asılıdır. Rəsmi statistikaya əsasən, qeyri-neft ixracatı məhsulların ixracının yalnız 6 faizini təşkil edir.

"Azərbaycanın dövlət balansının reytinq verilən suveren emitentlər arasında ən güclülərdən biri olmasına baxmayaraq, "Fitch" onun gələcəkdə artımını gözləmir", - agentliyin ekspertləri hesab edirlər.

Onların qənaətincə, real ÜDM bu il 3,5 faiz, gələn il isə 4,4 faiz artacaq. Daha böyük dövlət xərcləri bu il iqtisadiyyatın qeyri-neft sektorunun təqribən 10 faiz artımını şərtləndirəcək. 2013-cü ildə neft hasilatı azalmaqda davam edəcək. Gələn il isə müvəqqəti artım olacaq.

"Fitch"in "sabit" proqnozu onu əks etdirir ki, reytinq üçün risklər balanslaşdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti