...

"Zaminbank" Mərkəzi Bankın kapitallaşma üzrə tələbini vaxtından əvvəl yerinə yetirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 İyun 2013 15:59 (UTC +04:00)
"Zaminbank" məcmu kapitalını 1 may 2013-cü il tarixinə 52,85 milyon manata çatdırıb ki, bu da 1 yanvar 2013-cü il tarixinə nisbətdə 10,2 milyon manat, ötən ilin analoji dövrü ilə müqayisədə isə 25,6 milyon manat artım deməkdir.
"Zaminbank" Mərkəzi Bankın kapitallaşma üzrə tələbini vaxtından əvvəl yerinə yetirib

Azərbaycan, Bakı, 11 iyun /Trend/

"Zaminbank" məcmu kapitalını 1 may 2013-cü il tarixinə 52,85 milyon manata çatdırıb ki, bu da 1 yanvar 2013-cü il tarixinə nisbətdə 10,2 milyon manat, ötən ilin analoji dövrü ilə müqayisədə isə 25,6 milyon manat artım deməkdir.

Bankdan Trend-ə daxil olan məlumatda bildirilir ki, bu da öz növbəsində, Mərkəzi Bankın kapital artımı ilə bağlı banklar qarşısında qoyduğu tələbin vaxtından əvvəl icra olunduğunu göstərir.

Azərbaycan Mərkəzi Bankının (AMB) 25 iyul 2012-ci il tarixli qərarı ilə fəaliyyətdə olan bankların məcmu kapitalının 1 yanvar 2014-cü il tarixədək 50 mln. manata çatdırılması qərara alınıb.

İyirmi ildən artıq tarixi olan "Zaminbank" Azərbaycan daxilində, respublikanın hüdudlarından kənarda müştərilərin etimadını qazana bilib. Müasir texnologiyaların tətbiqi nəticəsində bank xarici bazarda özünəməxsus yer tutub. Bank tərəfindən risklərin qiymətləndirmə və idarə olunmasına ölçülmüş yanaşma investorların və maliyyə bazarının digər iştirakçılarının da banka olan etibarını artırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti