...

Qobustan şəhərində su təchizatı və kanalizasiya şəbəkələri yenidən qurulacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyun 2013 16:25 (UTC +04:00)
“Azərsu” Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA) Qafqaz, Şərqi və Mərkəzi Asiya idarəsinin Mərkəzi Asiya və Qafqaz departamentinin direktoru Tetsuyu Yamadanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
Qobustan şəhərində su təchizatı və kanalizasiya şəbəkələri yenidən qurulacaq

Azərbaycan, Bakı, 13 iyun /Trend/

"Azərsu" Açıq Səhmdar Cəmiyyətində Azərbaycanda səfərdə olan Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA) Qafqaz, Şərqi və Mərkəzi Asiya idarəsinin Mərkəzi Asiya və Qafqaz departamentinin direktoru Tetsuyu Yamadanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Trend ASC-nin rəsmi saytına istinadən məlumat verir ki, "Azərsu" sədri Qorxmaz Hüseynov Azərbaycanda həyata keçirilən infrastruktur layihələrində Yaponiya hökumətinin və şirkətlərinin yaxından iştirak etdiyini bildirib, su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinin icrasında Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin rolunu yüksək qiymətləndirib. ASC-nin sədri "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində işlərin uğurla icra edildiyini vurğulayıb və əlavə edib ki, yaxın vaxtlarda daha bir rayon mərkəzində - Qobustan şəhərində su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması üzrə işlərə başlanılacaq.

"Azərsu" ASC ilə əməkdaşlıqdan məmnunluğunu bildirən nümayəndə heyətinin rəhbəri Tetsuyu Yamada təmsil etdiyi qurumun su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihələrinə bundan sonra da dəstək verəcəyini bildirib.

Görüşdə "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi"nin icra vəziyyəti və maliyyələşmə ilə bağlı məsələlər müzakirə edilib.

Qeyd edək ki, Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində 5 şəhər və rayon mərkəzində (Qusar, Xaçmaz, Xızı, Qobustan, Naftalan) su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq. Qusar, Xaçmaz, Xızı və Naftalan şəhərlərində layihənin icrasına başlanıb və hazırda tikinti işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti