...

“Zaminbank” ASC-nin “Gənclik” filialı yeni ünvana köçüb

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 İyun 2013 12:00 (UTC +04:00)
“Zaminbank” ASC-nin xidmət şəbəkəsinin inkişaf strategiyasına uyğun olaraq Gənclik filialı yeni ünvanda fəaliyyat göstərəcək.
“Zaminbank” ASC-nin “Gənclik” filialı yeni ünvana köçüb

Azərbaycan, Bakı, 24 iyun /Trend/

"Zaminbank" ASC-nin xidmət şəbəkəsinin inkişaf strategiyasına uyğun olaraq "Gənclik" filialı yeni ünvanda fəaliyyat göstərəcək.

Bankdan Trend-ə daxil olan məlumatda bildirilir ki, Bakı şəhəri, Xətai pr., 21 ünvanında (Şərq bazarının yaxınlığında) yerləşən Gənclik filialı fiziki və hüquqi şəxslərə Əsasnaməsində nəzərdə tutulan və bankın lisenziyası ilə icazə verilmiş aşağıdakı bank əməliyyatlarını həyata keçirir:

-Tələbli və müddətli depozitlərin (əmanətlərin) və digər qaytarılan vəsaitlərin cəlb edilməsi;
-Kreditlərin (təminatlı və /və ya təminatsız) verilməsi, o cümlədən, istehlak və ipoteka kreditləşdirilməsi və digər kreditləşmə növləri;
-Fiziki və hüquqi şəxslərin hesablarının açılması və aparılması;
-Hesablaşma - kassa xidmətləri, pul vəsaitinin, qiymətli kağızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlərin göstərilməsi;
-Ödəniş vasitələrinin (o cümlədən, kredit və debet kartlarının) buraxılması;
-Öhdəliklərin icrasına təminatların, o cümlədən, qarantiyaların verilməsi və öz hesabına va ya müştərinin hesabına akkreditivlərin açılması;
-Kreditlərə və kredit qabiliyyətinin yoxlanılmasına dair informasiya verilməsi və xidmətlər göstərilməsi.
Filial fiziki şəxlərə hesab açmadan "Caspian Money Transfer", "Western Union", "Contact" və "Inter Express" sürətli pul köçürmə sistemləri üzrə köçürmələr həyata keçirir.
Həmçinin filial kommunal xidmətlər (qaz, enerji, su) və mobil operatorlar (Azərsel, Baksel, Nar Mobile) üzrə ödənişləri qəbul edir.

Tel.: 489 94 28 /29
Faks: 489 94 30

Məqalədə:
Xəbər lenti

Xəbər lenti