...

TRACECA: Türkmənistanın yeni limanı regionlararası əlaqələrin inkişafına güclü təkan verəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Avqust 2013 17:12 (UTC +04:00)
Türkmənistan tərəfindən Xəzər dənizində tikiləcək yeni beynəlxalq dəniz limanı Asiya və Avropa ölkələri arasında iqtisadi və ticarət əlaqələrini yeni mərhələyə çıxarmağa imkan verən müasir nəqliyyat infrastrukturunun əhəmiyyətli bəndi olacaq.
TRACECA: Türkmənistanın yeni limanı regionlararası əlaqələrin inkişafına güclü təkan verəcək

Azərbaycan, Bakı, 21 avqust /Trend, müxbir E.İsmayılov/

Türkmənistan tərəfindən Xəzər dənizində tikiləcək yeni beynəlxalq dəniz limanı Asiya və Avropa ölkələri arasında iqtisadi və ticarət əlaqələrini yeni mərhələyə çıxarmağa imkan verən müasir nəqliyyat infrastrukturunun əhəmiyyətli bəndi olacaq. Trend-in məlumatına görə, bu barədə Avropa-Qafqaz-Asiya (TRACECA) nəqliyyat dəhlizinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.

Məlumatda deyilir ki, yeni liman, həmçinin uzunmüddətli perspektivə hesablanıb və Avrasiya məkanında nəqliyyat axınlarının artırılması üçün böyük imkanlar yaradacaq.

Yeni beynəlxalq dəniz limanının tikinti müddəti 48 aydır (2017-ci il). Layihənin hazırlanması və həyata keçirilməsi üçün bu sahədə ixtisaslaşmış yeddi böyük şirkətin iştirak etdiyi beynəlxalq tender təklif edib. Tenderin yekunlarına görə, onun qalibi və baş podratçısı Türkiyənin "Gap Inşaat" şirkəti seçilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti