...

Azərbaycanın korporativ qiymətli kağızlar bazarı təqribən 40 faizdən çox artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2013 19:59 (UTC +04:00)
2013-cü ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 30 faiz azalaraq 5,782 milyard manat təşkil edib.
Azərbaycanın korporativ qiymətli kağızlar bazarı təqribən 40 faizdən çox artıb

Azərbaycan, Bakı, 6 noyabr /Trend, müxbir A.Axundov/

2013-cü ilin yanvar-oktyabr aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə keçirilən birja əqdlərinin ümumi dövriyyəsi ötən ilin analoji dövrü ilə müqayisədə 30 faiz azalaraq 5,782 milyard manat təşkil edib. Bu barədə Trend-ə BFB-dən məlumat verilib.

Ölkənin fond bazarının belə azalması dövlət qiymətli kağızlar bazarının təqribən 36,6 faiz azalması hesabına baş verib. Bununla yanaşı, korporativ qiymətli kağızlar bazarı təqribən 43,5 faiz artıb.

Dövlət qiymətli kağızlar bazarının həcmi yanvar-oktyabr aylarında 4,795 milyard manatı ötüb, korporativ kağızlar bazarının dövriyyəsi isə 986,91 milyon manata yaxınlaşıb.

Korporativ qiymətli kağızlar üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2013-ci ilin yanvar-oktyabr ayları):

Bazarın seqmentləri

31.10.2013

31.10.2012

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Korporativ istiqrazlar - (yerləşdirmə)

93 636 359,60

67

37 535 335,00

72

249,46%

Korporativ istiqrazlar - (təkrar bazar)

528 202 337,28

162

285 264 342,71

104

185,16%

Səhmlər - (yerləşdirmə)

350 465 609,69

292

354 986 325,77

207

98,73%

Səhmlər - (təkrar bazar)

14 602 393,78

2 970

9 970 172,94

2 850

146,46%

KQK bazarı cəmi

986 906 700,35

3 491

687 756 176,42

3 233

143,50%

Dövlət sektoru üzrə BFB-də keçirilmiş hərracların müqayisəli cədvəli (2013-ci ilin yanvar-avqust ayları):

Bazarın seqmentləri

31.10.2013

31.10.2012

Faiz nisbəti

Əqdlərin həcmi,

AZN

Əqdlərin sayı

Əqdlərin həcmi,AZN

Əqdlərin sayı

Dİ (AR MN) - (yerləşdirmə)

81 353 079,68

43

90 520 502,37

47

89,87%

Dİ (AR MN) -

(təkrar bazar)

28 517 228,09

11

18 146 719,85

15

157,15%

Notlar (AR MB) - (yerləşdirmə)

259 862 229,59

96

771 824 818,01

193

33,67%

Notlar (AR MB) -

(təkrar bazar)

43 955 612,02

4

12 486 939,02

8

352,01%

Repo əməliyyatları

4 381 699 744,68

430

6 669 760 155,49

905

65,70%

DQK bazarı cəmi

4 795 387 894,06

584

7 562 739 134,74

1 168

63,41%

İxtisarlar:

Dİ - dövlət istiqrazları

AR MN - Azərbaycan Respublikası Maliyyə Nazirliyi

AR MB - Azərbaycan Respublikasının Mərkəzi Bankı

DQK - Dövlət qiymətli kağızları

KQK- Korporativ qiymətli kağızları

Məqalədə:
Xəbər lenti

Xəbər lenti