Azərbaycan, Bakı, 19 noyabr /Trend/
"Bank Technique" ASC-nin fiziki şəxslərin depozit portfelinin artım dinamikası bu ilin əvvəli ilə müqayisədə 66,7 faiz artaraq, rekord həddə çatıb.
Çərşənbə axşamı bankdan Trend-ə daxil olan məlumata görə, 2013-cü il noyabr ayının 19-na olan məlumata görə, bankda əhalinin müddətli əmanətlərinin ümumi həcmi 131,7 milyon təşkil edib ki, bu da cari ilin yanvar ayı ilə müqayisədə 52,7 milyon manat və ya 66,7 faiz çoxdur. Əmanətçilərin sayı 62 700 nəfəri ötüb.
Qeyd edək ki, hazırda Bankda "Unikal", "Standart", "Yığım", "Xeyriyyəçi", "Multi-TEC", "Duo-TEC", "Smart", "Şans", "Tələbli" və "Uşaq" depozit növləri mövcuddur. Bu il ən çox artım 12 ay müddətli "Standart" depozit növü üzrə müşahidə olunur. Vətəndaşlar bu əmanət növünə, ümumilikdə, 56,9 milyon manat vəsait yerləşdiriblər.
"Bank Technique"in İdarə Heyətinin üzvü Orxan Hüseynov bildirib: "Bankın depozit portfelinin həcmi, təxminən, 67 faiz artıb. Bu, Azərbaycan bankları arasında, ən yaxşı göstəricilərdən biridir. Əmanətlərin aktiv axını düşünülmüş faiz dərəcəsi siyasəti və əlverişli depozit proqramları hesabına təmin edilir".
1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən "Bank Technique" ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.
Hazırda "Bank Technique"in 32 filial və 8 şöbəsi Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Neftçala, Zaqatala, Cəlilabad, Ağstafa, Lənkəran, Xaçmaz, Balakən və Tərtərdə müştərilərin xidmətindədir.
Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.