...

"Bank Technique" Bakıda şöbələrinin şəbəkəsini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Dekabr 2013 14:23 (UTC +04:00)
Xidmət şəbəkəsinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması məqsədilə "Bank Technqiue" ASC-nin Bakı şəhərində beş yeni şöbəsi fəaliyyətə başlayıb.
"Bank Technique" Bakıda şöbələrinin şəbəkəsini genişləndirir

Azərbaycan, Bakı, 9 dekabr /Trend/

Xidmət şəbəkəsinin genişləndirilməsi və müştəri məmnuniyyətinin artırılması məqsədilə "Bank Technqiue" ASC-nin Bakı şəhərində beş yeni şöbəsi fəaliyyətə başlayıb.

Bankdan bazar ertəsi Trend-ə verilən məlumata görə, Bakının ayrı-ayrı yerlərində yerləşən yeni şöbələr yaxınlıqda yaşayan sakinlərin bank əməliyyatlarının əksəriyyətini asanlıqla, vaxt itkisinə məruz qalmadan həll etmələrinə imkan yaradır.

Yeni açılmış şöbələrinin ünvanları aşağıdakı kimidir:

"Sabunçu" şöbəsi - Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Park küç., 10.

"Xətai" şöbəsi - Xətai rayonu, Sarayevo küç., ev 11, mən., 74.

"Qələbə" şöbəsi - Yasamal rayonu, Ə.Əhmədov küçəsi, 26a.

"Qara Qarayev" şöbəsi - Nizami rayonu, A.Manafov küç., 16.

"Əzizbəyov" şöbəsi - Nizami rayonu, M.Gəncəvi küç., 9.

Qeyd olunan xidmət nöqtələrinin açılışından sonra, bankın şöbələrinin sayı 13-ə çatdırılıb. Ümumilikdə isə bankın xidmət şəbəkəsi 32 filial və 13 şöbəni əhatə edir.

Yeni xidmət nöqtələrini www.banktechnique.az saytındakı bankın filialları və şöbələrini əks etdirən "İnteraktiv xəritə" vasitəsilə daha rahat tapmaq, hətta buraya xəritədəki istənilən yerdən marşrut da yaratmaq mümkündür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti