...

“Bank Technique”in saytı yenilənib

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Dekabr 2013 11:15 (UTC +04:00)
“Bank Technique” ASC-nin www.banktechnique.az ünvanında yerləşən rəsmi İnternet-resursu yenilənib. Bu barədə Trend-ə bankdan bildirilib.
“Bank Technique”in saytı yenilənib

Azərbaycan, Bakı, 28 dekabr /Trend/

"Bank Technique" ASC-nin www.banktechnique.az ünvanında yerləşən rəsmi İnternet-resursu yenilənib. Bu barədə Trend-ə bankdan bildirilib.

Xatırladaq ki, bir il bundan əvvəl, 2012-ci ilin dekabr ayının son ongünlüyündə, yeni inkişaf konsepsiyasına uyğun olaraq, Bankın yeni saytı istifadəyə verilmişdi və hazırkı yenilənmə də məhz bu tarixə təsadüf edir.

Saytın işlənməsində mütəxəssislər, ilk növbədə, istifadə rahatlığını, naviqasiya sadəliyini təkmilləşdiriblər, tərtibatçılar müasir dizayn tendensiyalarını nəzərə alaraq, fərqli məhsul hazırlamaq arzusundan çıxış ediblər. Əvvəlki dizaynla vizual əlaqəni saxlamaqla, saytın bütün səhifələri yenidən çəkilib.

Ana səhifə saytın əsas bölmələrində (Bank, Xidmətlər, Məhsullar, Xidmət şəbəkəsi) qruplaşan bir neçə böyük kvadrat-menyulara bölünüb. Əsas səhifədən "Şəxsi kabinet" onlayn-sisteminə daxil olaraq, bir neçə toxunuşa bəzi bank əməliyyatlarını həyata keçirmək mümkündür. Həmçinin "iTunes" və "Google Play" onlayn mağazalarına keçidlər yerləşdirilib ki, oradan "Mobil Bank" tətbiqini pulsuz yükləyərək, mobil telefon vasitəsilə bank hesabını idarə etmək olar.

Yeni versiyada Bank mütəxəssisləri sosial şəbəkələrin populyarlığına da diqqət yetirərək, saytın səhifələrini rahatlıqla Facebook, Twitter, Google +, LInkedIn, VKontakte sosial şəbəkələrində paylaşmaq imkanı yaradıblar. Bundan əlavə, saytda valyuta kurslarına abunə imkanı, FAQ (ən çox verilən suallar), axtarış, Bankın filial, şöbələri və bankomatlarını əks etdirən interaktiv xəritə, sürətli keçidlər və s. kimi müasir funksiyalar dəsti yer alıb.

Saytın hazırlanmasında təhlükəsizliyə və haker hücumlarının minimuma endirilməsinə, habelə, resursun dözümlüyünə böyük diqqət yetirilib.

Öz tərəfimizdən, saytın yeni versiyasının istifadəçilər tərəfindən pozitiv qarşılanacağına və Bankın fəaliyyəti barəsində ictimaiyyətin məlumatlandırılmasında xüsusi rol oynayaçağına ümid edirik.

1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan "Bank Technique" Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib.

Hazırda Bankın 32 filial və 13 şöbəsi müştərilərin xidmətindədir.
Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti