...

Bank Technique "İlin Bankı" seçilib

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Yanvar 2014 11:38 (UTC +04:00)
“Bank Technique” ASC maliyyə bazarında yeni təşəbbüslərə və innovasiyaların tətbiqinə görə, Azərbaycanda nəşr edilən “Consulting & Business” jurnalının təsis etdiyi “İlin Şirkəti” Milli biznes mükafatının “İlin Bankı” nominasiyasına layiq görülüb.
Bank Technique "İlin Bankı" seçilib

Azərbaycan, Bakı, 16 yanvar /Trend/

"Bank Technique" ASC maliyyə bazarında yeni təşəbbüslərə və innovasiyaların tətbiqinə görə Azərbaycanda nəşr edilən "Consulting & Business" jurnalının təsis etdiyi "İlin Şirkəti" Milli biznes mükafatının "İlin Bankı" nominasiyasına layiq görülüb. Trend-in məlumatına görə, bu barədə bankın cümə axşamı yaydığı məlumatda deyilir.

Yanvarın 15-də laureatların ənənəvi, sayca 8-ci təltifetmə mərasimində, "Bank Technique"in İdarə Heyətinin sədri Ülvi Mansurov, banka verilən qiyməti yüksək dəyərləndirib, "Consulting&Business" jurnalı tərəfindən təqdim olunan növbəti mükafata layiq görülmələrindən məmnunluğunu ifadə edib.

"2013-cü il bank üçün çox uğurlu bir il oldu. "Bank Technique" olaraq, Azərbaycan bank-maliyyə bazarının inkişafına əhəmiyyət verir, müştərilərimizə daim qabaqcıl və keyfiyyətli xidmət göstərməyə səy göstəririk. Yeni ildə - yeni xidmət və məhsullarla onları sevindirməyə iddialıyıq", - deyə Ülvi Mansurov bildirib.

Qeyd edək ki, "İlin Şirkəti" Milli biznes mükafatı 2006-cı ildə "Consulting&Business" aparıcı analitik informasiya jurnalı tərəfindən təsis edilib. Mükafat hər il ölkənin ayrı-ayrı sahələri üzrə fərqlənən və uğur qazanan şirkət və təsisatlara təqdim olunur.

Xatırladaq ki, 2013-cü ilin sonunda Azərbaycanın daha bir işgüzar nəşri - "Business Time" jurnalı tərəfindən təsis edilən "Azeri Business Award" mükafatı çərçivəsində də "Bank Technique", "İlin Bankı" adına layiq görülmüşdü. Həmçinin, ötən ilin dekabrında Londonun nüfuzlu "International Finance Magazine" portalı tərəfindən Bank, Azərbaycanda "2013-cü ilin ən yaxşı internet bankı" (Best Internet Bank Azerbaijan 2013) və "2013-cü ilin ən innovativ bankı" (Most Innovative Bank Azerbaijan 2013) nominasiyalarında mükafatlandırılmışdı.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti