...

Riçard Morninqstar: Azərbaycanın ÜTT-yə üzv olması iqtisadi artım üçün əlavə imkanlar yaradacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2014 17:24 (UTC +04:00)
Bu gün ADA Universitetində ənənəvi Qlobal Perspektivlər Mühazirələr Silsiləsi çərçivəsində ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü mövzusunda çıxış edib.
Riçard Morninqstar: Azərbaycanın ÜTT-yə üzv olması iqtisadi artım üçün əlavə imkanlar yaradacaq

Azərbaycan, Bakı, 10 fevral /Trend, müxbir S.Əhmədova/

Bu gün ADA Universitetində ənənəvi Qlobal Perspektivlər Mühazirələr Silsiləsi çərçivəsində ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzvlüyü mövzusunda çıxış edib.

Trend-in məlumatına görə, səfir qeyd edib ki, Azərbaycanın təşkilata üzv olması iqtisadi artım üçün əlavə imkanlar yaradacaq.

R.Morninqstar bildirib ki, ÜTT-yə üzvlük çox sayda iş yerləri, daha çox ticarət və investisiya deməkdir: "Biz Azərbaycanın təşkilata üzvlüyü məsələsində dəstək oluruq".

ABŞ səfirinin sözlərinə görə, Azərbaycan ÜTT-yə üzv olması üçün vacib addımlar atmalı və iqtisadi islahatlar aparmalıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti