...

Ekspert: Bakıda mənzillərin qiyməti süni şəkildə artırıla bilər

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2014 19:26 (UTC +04:00)
"Sovetski" adlanan ərazidə (Nərimanov prospekti və ətraf küçələr) yaşayış massivlərinin sökülməsi fonunda daşınmaz əmlak bazarında spekulyasiyaların artması ehtimalı böyükdür. Bunu çərşənbə günü Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.
Ekspert: Bakıda mənzillərin qiyməti süni şəkildə artırıla bilər

Azərbaycan, Bakı, 12 fevral /Trend, müxbir E.Əliyev/

"Sovetski" adlanan ərazidə (Nərimanov prospekti və ətraf küçələr) yaşayış massivlərinin sökülməsi fonunda daşınmaz əmlak bazarında spekulyasiyaların artması ehtimalı böyükdür. Bunu çərşənbə günü Trend-ə "MBA Group" konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov deyib.

Həmin ərazidə 1 kvadratmetr yaşayış sahəsinə görə 1500 manat həcmində kompensasiya ödəniləcək. Yardımçı sahələr üçün kompensasiyanın həcmi isə təqribən 750-800 manat olacaq.

Onun sözlərinə görə, bazarda təkliflər portfeli azalır: "Halbuki evlərin sökülməsi ilə mənzilə tələbat kəskin artır. Bu, ikin mənzil bazarına toxunmayacaq, çünki tikinti şirkətləri inşa etdikləri mənzillərin satışında maraqlıdırlar. Təkrar mənzil bazarına gəlincə, burada satıcılar əksinə, mənzilin mümkün qədər baha satılmasında maraqlıdırlar".

N.İbrahimov hesab edir ki, şəhərin müəyyən rayonlarında köhnə yaşayış evlərinin zəlzələyə dözümsüzlüyü, yenidən zəlzələ baş verməsi ehtimalının yüksək olması və ya hansısa inzibati qadağalar barədə müxtəlif məlumatların yayılması vəziyyəti gərginləşdirə və qiymətləri daha da artıra bilər: "Hadisələrin bu cür ssenarisi cari ilin ortalarınadək mənzillərin qiymətinin 20 faiz artacağını istisna etmir".

Dünən bəzi KİV-lərin yaydığı məlumatlarda bildirilirdi ki, Azərbaycan Mərkəzi Bankı (AMB) guya mənzil almaq üçün kreditlərin verilməsinə qadağa qoyub. O da qeyd edilirdi ki, bu qadağa banklardan yan keçməklə fərdi müqavilə əsasında müştərilərə kreditə mənzil satan tikinti şirkətlərinə də şamil edilir.

Bazar iştirakçıları, ekspertlər və tənzimləyici bu məlumatı təkzib etdilər. AMB-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, yayılan məlumat həqiqəti əks etdirmir: "Mərkəzi Bankın ölkədə fəaliyyət göstərən kredit təşkilatlarından başqa, digər strukturlara göstəriş vermək səlahiyyəti yoxdur. Banklara da belə təlimat verilməyib".

Ölkənin bəzi iri bankları da qadağa ilə bağlı yayılan məlumatl təkzib edərək bəyan ediblər ki, mənzil kreditləşməsi bazarında vəziyyət dəyişməyib.

N.İbrahimov vurğulayıb ki, mənzillərin qiymətinin bahalaşması 2014-cü ildə də davam edəcək: "Bazarda təkliflərin ehtimal olunan, həmçinin davam edən azalması belə proqnoz verməyə əsas verir. Bakının ilkin və təkrar mənzil bazarlarında qiymətlər cari ilin yanvarında 3 faiz artıb. Ötən il təkrar mənzil bazarında qiymətlər təqribən 20 faiz artmışdı, ilkin mənzil bazarında isə 1 kvadratmetr sahənin qiyməti 30 faizə yaxın bahalaşmışdı. Bu tendensiya davam edir. Şəhərdə söküntü işlərinin genişlənməsi və tikinti işlərinin həcminin azalması sayəsində qiymətlərdə artım olmuşdu".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti