...

Azərbaycanda korporativ istiqrazlarla ilk REPO əqdi bağlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Fevral 2014 20:17 (UTC +04:00)
Bu gün "Bakı Fond Birjası" (BFB) QSC-də korporativ sektorda ilk REPO əqdi baş tutub.
Azərbaycanda korporativ istiqrazlarla ilk REPO əqdi bağlanıb

Azərbaycan, Bakı, 27 fevral /Trend, müxbir A.Axundov/

Bu gün "Bakı Fond Birjası" (BFB) QSC-də korporativ sektorda ilk REPO əqdi baş tutub.

Trend-in BFB-yə istinadən verdiyi məlumata görə,"Paşa Bank" ASC-nin market-meyker olduğu "Bakcell Ltd" MMC-nin istiqrazları üzrə sövdələşmə "ADB Broker" MMC və "Paşa Kapital" MMC arasında bağlanıb.

Korporativ qiymətli kağızlarla REPO əqdinin həcmi təqribən 1 milyon manat təşkil edir.

Müddəti 1 gün və həcmi 999 897,33 manat olan əqd üzrə gəlirlilik 3 faiz təşkil edib.

Korporativ istiqrazlarla REPO əməliyyatlarının aparılması qiymətli kağızlar bazarında likvidliyin artırılmasına təkan verəcək.

BFB-də korporativ istiqrazlarla REPO/əks-REPO əməliyyatlarının aparılmasına 25 fevral 2014-cü il tarixindən etibarən başlanıb. Repo predmeti olaraq, BFB-də market-meyker tərəfindən likvidliyi təmin olunmuş korporativ istiqrazlar təsdiq edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti